Çexiya səfirliyi BSU-da silsilə mühazirələr təşkil edib
Bakı,17 fevral, AZƏRTAC
Fevralın 17-də Çex Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Bakı Slavyan Universitetinin (BSU) çexiyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinə silsilə mühazirələr və çex dilindən praktik dərslər təşkil edilib.
BSU-dan AZƏRTAC-a bildiriblər ki, bir semestr ərzində səfirliyin əməkdaşları tərəfindən aparılacaq mühazirələr Çexiyanın tarixi, ölkənin siyasi əlaqələri, iqtisadiyyatı, çex xalqının qədim kökləri, adət-ənənləri, mədəniyyəti kimi mövzuları əhatə edəcək.
İlk mühazirəni Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka oxuyub. Səfir Çexiyanın XV-XVII əsrlərdəki ictimai-siyasi vəziyyəti ilə XX əsrdə cərəyan edən prosesləri müqayisə və təhlil edib, ölkəsinin dünya ölkələri ilə münasibətlərindən söz açıb.
Sonra mövzu ətrafında disskusiyalar aparılıb, tələbələrin sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:55]
Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib
- 07.10.2026 [17:50]
Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş
- 07.10.2026 [17:15]
Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya
- 07.10.2026 [16:51]