QAN YADDAŞI


Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş anım mərasiminin keçirilib

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 23-də Xocalı faciəsi qurbanlarının xatirəsinin yad edilməsi, eləcə də faciə haqqında uşaqların ətraflı məlumatlandırılması məqsədilə soyqırımın 24-cü ildönümünə həsr olunmuş anım mərasiminin keçirilib.

AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Sabunçu rayon İcra Hakimiyyəti ilə birgə təşkilatçılığı ilə 11 nömrəli İnteqrasiya təlimli İnternat məktəbinin yuxarı sinif şagirdlərinin, eləcə də “Gələcək” Uşaqların İnkişafına Dəstək İctimai Birliyinin fəal nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova çıxış ediblər.

Bildirilib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi milli-mənəvi dəyərlərimizin gələcək nəslə ötürülməsi, uşaqların vətənpərvər ruhda böyüməsi məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirir.

Tədbirdə qeyd olunub ki, Xocalı soyqırımına dünyanın müxtəlif ölkələrində və bəzi beynəlxalq təşkilatlarda hüquqi-siyasi qiymət verilsə də, onun hələ də bütün beynəlxalq təşkilatlar tərəfindən soyqırım və insanlığa qarşı cinayət kimi qəbul edilməməsi təəssüf doğurur. Nə qədər ki Xocalı soyqırımına beynəlxalq aləmdə ədalətli hüquqi-siyasi qiymət verilməyib, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı gənc bu dəhşətli faciəni dünya gənclərinə tanıtdırmaq üçün səylərini əsirgəməməlidir.

Sonra rejissor Vahid Mustafayevin 2012-ci ildə çəkdiyi “Xoca” filmi nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.