REGİONLAR


92 saylı Zərdab-Ucar seçki dairəsində referenduma hazırlıq işləri davam edir

A+ A

Zərdab, 10 sentyabr, AZƏRTAC

92 saylı Zərdab-Ucar seçki dairəsində və dairənin əhatə etdiyi seçki məntəqələrində Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək referenduma hazırlıq işləri davam edir.

Dairə seçki komissiyasından AZƏRTAC-a verilən məlumatda bildirilib ki, referenduma hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi təqvim planına uyğun aparılır. Hazırlıq çərçivəsində Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün bütün bölgələrdə, o cümlədən Zərdabda üçgünlük ixtisaslaşdırılmış kurslar keçirilib. Habelə, sentyabrın 6-dan etibarən keçirilən və dörd gün davam edən treninqlərdə protokolların doldurulmasından tutmuş bütün prosedurlar məntəqə sədrləri və üzvləri üçün hərtərəfli izah edilib, nümunələr videoçarx vasitəsilə əyani şəkildə göstərilib.

Artıq dairə üzrə seçicilərin siyahısı tam dəqiqləşdirilib və 48 məntəqədə 41066 seçici qeydə alınıb. Onlardan 616 nəfər ilk dəfə səs verəcək.

Dairənin əhatə etdiyi bütün məntəqələr MSK tərəfindən göndərilən zəruri avadanlıqlarla təchiz olunub. Vətəndaşların azad, demokratik və şəffaf şəraitdə səs vermələri üçün hər cür şərait yaradılıb. 48 təşviqat lövhəsi asılıb, təbliğat və təşviqat yerləri ayrılıb. Dairə üzrə bu günədək 443 müşahidəçi qeydə alınıb.

Bu günlərdə referenduma çıxarılan Konstitusiya layihəsinin müqayisəli formasının hər bir evə çatdırılması, referenduma çağırış şüarlarının müəyyən olunan yerlərdən asılması işləri davam etdirilir, bildirişlər paylanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.