Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Suriya: faciələr fonunda ikili standartların yeni səhifələri

Suriya: faciələr fonunda ikili standartların yeni səhifələri

Yaxın Şərqdə ixtilafların daha da dərinləşməsi dünya birliyini narahat edir. Münxen Təhlükəsizlik Konfransında Suriyada atəşkəsə nail olunmaq barədə qərarın qəbul edilməsi ümidləri artırmışdı. Ancaq reallıqda proseslər başqa istiqamətdə inkişaf edir. İndi ekspertləri Türkiyə-Suriya sərhədində yaranmış ağır vəziyyət daha çox düşündürür. Suriyada fəaliyyət göstərən silahlı qruplar arasında gedən müharibə daha da şiddətlənir. Ankarada baş verən terror hadisəsi təhlükələrin azalmadığını göstərdi. Böyük dövlətlər tərəfindən isə yaranmış ağır durumdan çıxmaq üçün ortaq fəaliyyətin göstərilməsi müşahidə olunmur. Onlar əvvəlki kimi öz geosiyasi maraqlarının təmin edilməsinə çalışırlar. İkili standartlar siyasəti davam etməkdədir. Bunların fonunda müsəlman ölkələrinin təhlükəsizliyi məsələsi daha da aktuallaşır.

Ziddiyyətli bəyanatlar: reallıq hissinin itirilməsi

Danışıqlar nəticəsində Suriyada gərginliyin azala biləcəyi gözlənilirdi. Münxen Təhlükəsizlik Konfransında həmin ölkədə atəşkəsə nail olmaqla əlaqədar əldə olunan razılıq da müəyyən ümid yaratmışdı. Silahların susdurulmasına fevralın 19-dan başlanılmalı idi. Lakin, əslində, xeyli dərəcədə fərqli bir vəziyyət formalaşıb.

Hərbi əməliyyatlar Suriyada nəinki davam edir, hətta oradakı bir sıra silahlı qruplar yeni ərazilər zəbt etməkdədirlər. Kürdlərin PYD ("Demokratik birlik partiyası") adlanan təşkilatının silahlı qanadı YPG ("Xalq özünümüdafiə birləşmələri") Rusiyanın havadan dəstəyi sayəsində Azaz və Tal-Rifat qəsəbələrini ələ keçirib. Bu, Türkiyəni çox narahat edib. Qərb dövlətləri də kürd silahlı qruplarının “yeni ərazilər zəbt etməsinin qayğıverici olduğunu” bildiriblər (məsələn, ABŞ prezidenti bu fikri söyləyib, bax: Obama'dan Erdoğan'a taziye telefonu / "Habertürk", 19 fevral 2016).

Fevralın 17-də Ankarada baş verən terror hadisəsi vəziyyəti daha da kəskinləşdirib. Bir çox ölkələr onu qınayıb. Hüquq-mühafizə orqanları terroru PKK-PYD cütlüyünün törətdiyini sübut edən dəlillər əldə etdiklərini bəyanlayıblar. Lakin bu, ABŞ-ın və başqa Qərb dövlətlərinin Suriya məsələsinə olan yanaşmasında dəyişiklik etməyib.

ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner fevralın 20-də keçirdiyi mətbuat konfransında bildirib ki, Vaşinqtonun PYD ilə bağlı mövqeyində dəyişiklik yoxdur. Bu təşkilatı Amerika İŞİD-ə qarşı vuruşan qrupun mühüm tərkib hissəsi hesab edir (bax: ABD Sözcüsü Toner'dan YPG açıklaması / "Habertürk", 20 fevral 2016).

Maraqlıdır ki, Türkiyə mətbuatının bundan cəmi bir gün əvvəl yaydığı informasiyaya görə, ABŞ dövlət katibi Con Kerri xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığında PYD-yə inanmadıqlarını bildirib (bax: Dışişleri Bakanı Çavuşoğlu: Kerry'nin YPG’nin güvenilmez olduğunu söylemesinden memnun olduk / "Anadolu Ajansı", 19 fevral 2016).

Bunlar Suriya ətrafında yaranmış mürəkkəb və ziddiyyətli vəziyyətin davam etdiyini təsdiq edir. Rusiya da BMT TŞ-yə Türkiyə-Suriya sərhədində meydana gəlmiş gərginlikdə Ankaranı ittiham edən sənəd təqdim edib. Təhlükəsizlik Şurasının 6 üzvü, o cümlədən veto hüququna malik ABŞ, Fransa və Böyük Britaniya sənədi dəstəkləməkdən imtina edib. Rəsmi Moskva bu hadisənin regionda daha kəskin problemlərin meydana gəlməsinə yol açacağını bəyan edib.

Kreml hesab edir ki, Türkiyə ordusunun Azaz və Tal-Rifatı atəşə tutması beynəlxalq qanunlara uyğun deyil və terrora qarşı mübarizədə problemlər yaradır, hətta münaqişənin xeyli uzanması təhlükəsini meydana gətirir. Rusiya Federasiya Şurası Beynəlxalq işlər komitəsinin başçısı Konstantin Kosaçevin fikrinə görə isə "Suriya-Türkiyə sərhədində bu gün böyük miqyaslı (qlobal səviyyəyədək) münaqişəyə səbəb ola biləcək hadisələr baş verir (bax: Косачев о решении СБ ООН по проекту РФ: у Запада избирательный подход / "РИА Новости", 20 fevral 2016).

Rusiyalı analitiklər Türkiyə üçün çətin situasiyanın meydana gəldiyindən bəhs edirlər. “Россия в глобальной политике” jurnalının baş redaktoru Fyodor Lukyanov ifadə edir ki, “Türkiyə çox ağır duruma düşüb və... küncə sıxışdırılıb” (bax: Аналитики: решение СБ ООН по САР ухудшит ситуацию на границе с Турцией / "РИА Новости", 20 fevral 2016).

İslamofobiya yeni miqyasda: ikinci cəbhə ehtimalı

Bütün bunların fonunda ekspertlər Cenevrədə Suriyada atəşkəsin təmin edilməsi ilə bağlı görüşlərin başlamasına ümidlə baxmırlar. Onlar hələlik buna nail olma mexanizminin aydın olmadığını deyirlər. Əslində, hazırkı mürəkkəb vəziyyəti nəzərə alsaq, tezliklə silahların susdurulması ehtimalının minimal həddə olduğunu söyləyə bilərik. Hətta Rusiya Bəşər Əsədin “qalibiyyətə qədər vuruşacağam” deməsinə etirazını bildirib. Moskvanın BMT-dəki təmsilçisi Vitali Çurkin bu mövqenin Kremlin məsələ ilə bağlı diplomatik cəhdlərinə uyğun gəlmədiyini bəyan edib.

ABŞ başda olmaqla, Qərb dövlətlərinin sözdə deyil, əməldə tutduqları mövqe də çox maraqlıdır. Belə təəssürat yaranır ki, onlar Suriyada da ikili standartlara uyğun davranır, gah bu, gah da digər tərəfi müdafiə edən qarışıq bəyanatlar verir, lakin real olaraq terroru dayandıran addımlar atmırlar. Bir növ İŞİD-lə mübarizə adı altında ziddiyyətli işlər aparılır. Nəticədə, bütövlükdə müsəlman aləmi üçün təhlükəli bir geosiyasi mənzərə yaranmaqdadır.

Belə görünür ki, dünyanın böyük dövlətləri Yaxın Şərqdə ixtilafların dərinləşməsi və genişlənməsinə yaşıl işıq yandırıblar. İndiki reallıq bu prosesin intensiv şəkildə davam etdiyini göstərir. Bölgənin elə bir dövləti yoxdur ki, bu və ya digər dərəcədə münaqişəyə qarışmasın. Hazırkı mərhələdə bu daha çox Türkiyəni silkələyir. Ancaq sabah İran, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və regionun başqa ölkələrinin eyni vəziyyətə düşməyəcəyinə kim təminat verə bilər?

Əksinə, indi müşahidə edilən proseslərin daxili inkişaf məntiqinə nəzər saldıqda, hadisələrin məhz həmin istiqamətdə geniş yayılma ehtimalının az olmadığı qənaətinə gəlmək olar. Bu zaman Qərb ölkələri yalnız qırıcılarla bombalamaq, müəyyən qədər humanitar yardımlar etmək və külli miqdarda silah satmaqla proseslərdə iştirak edirlər.

Yalnız Rusiya və İran nədənsə daha geniş miqyasda proseslərə müdaxilə etməkdədirlər ki, strateji aspektdə də bunun zərərini görməyə çox yaxındırlar. Çünki onların iqtisadi vəziyyəti ürəkaçan deyil və eyni zamanda, münaqişənin birbaşa iştirakçısı kimi müəyyən terror qruplarının hədəfinə çevrilə bilərlər. Bu haqda ekspertlər artıq fikir bildirirlər.

Təbii ki, bu, arzuolunan hal deyil. Çünki Yaxın Şərqlə yanaşı, Qafqazda da vəziyyət gərginləşə bilər. Məqbul variant Suriya probleminin danışıqlar yolu ilə həll edilməsi olardı. Eyni zamanda, Qərb dövlətlərinin bu dərəcədə ikili standartlar siyasətinə üstünlük verməsi çox düşündürücüdür. Buradan birbaşa islamofobiya iyi gəlir. İnkişaf edən müsəlman ölkələrinin hər hansı bəhanə ilə ixtilaflar içinə salınıb, zəiflədilməsi strategiyası özünü göstərir. O cümlədən hazırda sanksiyalardan yaxa qurtarmış İran, sürətlə inkişaf edən Türkiyə və böyük potensiala malik Səudiyyə Ərəbistanı ətrafında aparılan oyunlar narahatlıq doğurur. Görünür, müsəlman dövlətləri bir daha xarici siyasətlərinə göz gəzdirməli və ortaq fəaliyyət modelini tapmalıdırlar.

Suriya daxilində də normal vəziyyətin yaxın vaxtlarda yaranmasına inanmaq çox çətindir. Orada müsəlmanın müsəlmanı qətlə yetirməsi, təəssüf ki, davam edəcək. Kənardan kimin tərəfindən idarə olunmasından asılı olmayaraq, bu, nə Suriyanın, nə istənilən müsəlman ölkəsinin, nə də ümumən insanlığın xeyrinə deyil. Dolaşıq bəyanatlar verən Vaşinqtonla Brüssel, hava zərbələri endirən Moskva sülhü yaxınlaşdırmırlar.

Əksinə, bu dairələr “Suriyada milli maraqlarımızı təmin edirik” kimi ifadələr işlətməklə vəziyyəti daha da gərginləşdirirlər. Qəribədir ki, “sərhədlərinizdən 10 min kilometrlərlə uzaqda olan bir ölkədə hansı milli maraqlarınız ola bilər”, – deyə onlardan izahat tələb edən yoxdur. Müsəlman dövlətlərinin birlikdə bu sualı verməsi zamanı çatmayıbmı? Yoxsa indi Suriyada yaşanan insanlıq dramının bütün İslam aləminə yayılmasınımı gözləyirlər?

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Laləli çəmənlik görmək istəyənlər Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasa tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub VİDEO

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub