Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəbhə bölgəsinin əli silah tutan sakinləri düşmənlə döyüşə atılmağa hazırdırlar

Cəbhə bölgəsindəki bir sıra yaşayış məntəqələri ermənilər tərəfindən aramsız atəşə tutulur. Mərmilər evlərə düşür, mülki əhali arasında həlak olanlar və yaralananlar var. Lakin sakinlər evlərinin dağılmasna təəssüflənmirlər. “Təki Vətən sağ olsun, torpaqlarımız düşmən tapdağından xilas edilsin” - bu fikirlər cəbhə bölgəsində yerləşən rayonlarda keçirilən yığıncaqlarda xüsusi vurğulanır.

Ağdam, 5 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

Son günlər cəbhə bölgəsində erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun layiqincə cavab verməsi, düşmənin canlı qüvvəsi və hərbi texnikasının darmadağın edilməsi, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrinin işğaldan azad edilməsi, Təhlükəsizlik Şurasının toplantısında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çıxışı hər bir ölkə vətəndaşında olduğu kimi xocavəndli məcburi köçkünlərdə də böyük ruh yüksəkliyi yaradıb.

AZƏRTAC xəbər verir ki, bu barədə xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində keçirilən tədbirdə bəhs edilib.

Tədbir iştirakçıları əvvəlcə şəhid olan Vətən övladlarının xatirəsini ehtiramla anıblar.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək, son günlər cəbhədə baş verən hadisələrdən, erməni silahlı birləşmələrinin cəbhəboyu mövqelərimizi və yaşayış məntəqələrini atəşə tutmasından, düşmənə verilən layiqli cavabdan danışıb. Bildirib ki, Azərbaycan ordusunun qısa müddətdə həyata keçirdiyi əks-həmlə zamanı erməni hərbi birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən azad olunub. Döyüşlərdə ermənilərə məxsus xeyli hərbi texnika və canlı qüvvə məhv edilib.

Diqqətə çatdırılıb ki, bu gün xalqımızda əhval-ruhiyyə çox yüksəkdir. Cəbhəyanı zonalarda sakinlər qruplar şəklində toplaşaraq ermənilərlə döyüşməyə gəldiklərini bildirirlər. Hər bir Azərbaycan vətəndaşı öz Vətənini qorumaq, işğal altında olan torpaqlarımızı azad etmək istəyir.

Çıxış edənlər xocavəndlilərin işğal altındakı torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın əmrinə hər an hazır olduğunu vurğulayaraq, dünya azərbaycanlılarını Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə, dünya ictimaiyyətini isə Azərbaycan xalqına qarşı törədilən ədalətsizliklərə göz yummamağa çağırıblar.

X X X

Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən ümumrayon toplantısında rayon ictimaiyyəti, ağsaqqallar, ehtiyatda olan zabitlər, Qarabağ müharibəsi veteranları, gənclər Vətənin müdafiəsində öz həmrəyliklərini nümayiş etdiriblər.

AZƏRTAC xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri İsgəndər Quliyev, keçmiş döyüşçülər Şamil Əbilov və Baxşeyiş Hətəmov çıxış edərək, cəbhə xəttindəki son hadisələrdən danışıblar. Bildirilib ki, Qarabağ müharibəsinin bütün ağrılarını çiyinlərində daşıyan Ağdam düşmənə qarşı savaşda minlərlə şəhid verib, torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş ağdamlılardan 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Rayon ictimaiyyəti Azərbaycan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurasının aprelin 2-də keçirilən iclasında Ali Baş Komandan İlham Əliyevin konkret mövqeyini ürəkdən alqışlayır, dövlətimizin başçısının hər bir əmrinə səfərbər olduqlarını bildirirlər.

Vurğulanıb ki, ağdamlılar bu gün də Prezident İlham Əliyevin əmri ilə torpaqlarımızın işğaldan azad edilməsi üçün silaha sarılmağa hazırdırlar.

X X X

Azərbaycan Silahlı Qüvvələrinin son günlərdə erməni işğalçılarının cəbhədəki təxribatının qarşısını qətiyyətlə alması və həyata keçirdiyi uğurlu əməliyyatlar laçınlı məcburi köçkünlərin işğal altında olan torpaqlarımıza böyük qayıdışa inamını daha da artırıb.

AZƏRTAC xəbər verir ki, laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində keçirilən tədbirdə bu barədə ətraflı söhbət açılıb.

Tədbirdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən, Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri Aqil Nəzərli bildirib ki, Azərbaycan ordusunun son uğurları Laçın əhalisinin də böyük ruh yüksəkliyinə səbəb olub.

Bildirilib ki, cəbhəyanı kəndlərdə yaşayan əhalinin orduya olan inamı və etibarının nəticəsidir ki, əhali yaşayış yerini tərk etmir. Döyüşə qatılmaq üçün müraciət edənlərin sayı günbəgün artır, bütün bölgələrdə orduya ümumxalq dəstəyi nümayiş olunur. Ordumuzun uğurlu əməliyyatları, xalq və ordu birliyi deməyə əsas verir ki, torpaqlarımız qısa zamanda işğaldan azad olunacaq.

Birinci Qarabağ savaşı zamanı torpaqlarımızın müdafiəsi uğrunda 300-dən çox şəhid verən, dövlətimizə, onun rəhbərinə sədaqətlə xidmət edən laçınlılar Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti daim dəstəklədiklərini, Ali Baş Komandanın ətrafında sıx birləşərək, onun döyüş əmrini gözlədiklərini yekdilliklə vurğulayıb, yaxın vaxtlarda tarixi qələbəni qeyd edəcəklərinə əminliklərini bildiriblər.

X X X

Cəbhə bölgəsində erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun layiqincə cavab verməsi, düşmənin canlı qüvvəsi və hərbi texnikasının darmadağın edilməsi, Təhlükəsizlik Şurasının toplantısında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çıxışı ölkəmizin hər yerində olduğu kimi, tərtərlilərdə də böyük ruh yüksəkliyi yaradıb.

AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyəti ilə keçirilən görüşdə əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Tərtər rayonu düşmənlə 48 kilometr təmas xəttində yerləşir. Rayonun yaşayış məntəqələri ermənilər tərəfindən mütəmadi olaraq atəşə tutulur. Mülki şəxslər düşmən gülləsinə tuş gəlir.

Aprelin 1-dən 2-nə keçən gecə yenə də Tərtər rayonu düşmən tərəfindən atəşə tutulub. Ordumuz düşmənə layiqli cavabını verib. Dövlətimizin başçısının Təhlükəsizlik Şurasının iclasında dediyi kimi, “biz atəşi pozmamışıq, sadəcə təxribata layiqli cavab vermişik”. Nə qədər ki, Ermənistan təxribatçı əməllərindən əl çəkmir, Azərbaycan ordusu ona layiqincə cavab verəcək. Düşmən bir daha şahid oldu ki, Azərbaycanın güclü ordusu var, Azərbaycan əsgəri qələbə çalmaq əzmindədir.

Məlumat verilib ki, aprelin 2-dən 4-dək erməni silahlı qüvvələri tərəfindən rayonun yaşayış məntəqələrinə atılan mərmilər nəticəsində Tərtər şəhərində 10, Qapanlı kəndində 42, Yuxarı Qaradağlı kəndində 35, Qaraağacı kəndində 17, Seydimli kəndində 1, Şıxarx kəndində 35, Azad Qaraqoyunlu kəndində 5, Dəmirçilər kəndində 2, Çaylı kəndində 8, cəmi 155 yaşayış evinə ziyan dəyib. 16 ev tamamilə dağılıb, 139 ev zədələnib.

Qarabağ müharibəsi veteranları, gənclər çıxışlarında günü-gündən qüdrətlənən Azərbaycan ordusu ilə qürur duyduqlarını və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda müqəddəs döyüşlərə hazır olduqlarını bəyan ediblər.

Tədbirin sonunda vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı tərtərlilərin alqışları altında “İgid əsgər möhkəm dayan” mahnısını ifa edib.

X X X

Bərdə rayonunda keçirilən yığıncaqda ermənilərin Azərbaycana qarşı həyata keçirdikləri işğalçılıq siyasətindən, ölkə ərazisinin 20 faizinin işğal edilməsindən, işğalçı ordunun cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrinin, o cümlədən dinc əhalini atəşə tutmasından danışılıb, Azərbaycan Silahlı Qüvvələrinin son günlərdə düşmənə verdiyi layiqli cavabdan bəhs olunub.

AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyəti nümayəndələrinin aprelin 4-də keçirilən yığıncağında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 2-də Təhlükəsizlik Şurasının iclasındakı çıxışına və cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar bəyanatına dəstək nümayiş etdirilib.

Çıxışlarda Azərbaycan Ordusunun qüdrətindən fəxarətlə söhbət açılıb. Vurğulanıb ki, hər bir bərdəli Azərbaycan Prezidenti, Ali Baş Komandanın əmri ilə erməni işğalçılarına qarşı döyüşməyə, işğal altındakı torpaqlarımızı azad etməyə hazırdır.

X X X

Yevlax şəhər Heydər Əliyev sarayında keçirilən tədbirdə rayonun rəhbər işçiləri, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri, Qarabağ müharibəsi veteranları, ağsaqqallar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Yığıncaqda çıxış edən şəhər icra hakimiyyətinin başçısı Qoca Səmədov deyib ki, Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının iclasında Ali Baş Komandan İlham Əliyevin çıxışı yevlaxlılarda böyük ruh yüksəkliyi yaradıb.

Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi son əməliyyatlar torpaqlarımızın işğalından keçən uzun müddətdən sonra ordumuzun həyata keçirdiyi ən uğurlu hərbi əməliyyatlardan biridir. Bütün ölkə vətəndaşları kimi yevlaxlılar da bu uğuru yüksək qiymətləndirir.

Vurğulanıb ki, bütün Azərbaycan xalqı kimi yevlaxlılar da torpağımızın erməni işğalından azad etməyə hazırdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağsuda faciəli qəza: avtomobil çaya aşdı, ölənlər var

Keçmiş məcburi köçkün: Bizim hər zaman ən böyük arzumuz Qarabağımızın azad olunması idi

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Düşənbədə su ehtiyatları üzrə yüksəksəviyyəli beynəlxalq konfrans keçirilir

Naxçıvanda Müstəqillik Gününə həsr olunmuş konsert proqramı təqdim edilib

Qalapaqos sahillərində yeni növ göy osminoq aşkarlanıb

Ağdam şəhərinə növbəti köç yola salınıb

Rubio və Lavrov Ukrayna, İran və ABŞ-Rusiya münasibətləri barədə fikir mübadiləsi aparıblar

Beynəlxalq Muğam Mərkəzində Müstəqillik Gününə həsr olunmuş konsert təqdim olunacaq

Alimlər yaşlı insanlarda təzyiqi iki həftəyə azaltmağın sadə üsulunu açıqlayıblar

NBC: ABŞ silah ehtiyatlarını artırmaq üçün volfram mənbələri axtarır

ABŞ ordusu İranın cənubunda özünümüdafiə hücumları həyata keçirib

İsrailin Livandakı hücumlarında ölənlərin sayı 3185 nəfərə çatıb

Tramp İranda zənginləşdirilmiş uranla bağlı planını açıqlayıb

Çilidə 6,7 bal gücündə zəlzələ baş verib

SEPAH: Son 24 saatda Hörmüz boğazından 32 gəmi keçib

İsrail Livanda “Hizbullah”ın 70-dən çox obyektinə zərbə endirib

İordaniya mediası Bakıda keçirilən WUF13-dən yazıb

Azərbaycanın Müstəqillik Günü: Tbilisidən fotoreportaj

“Tasnim”: Pezeşkian İranda internetə çıxışın bərpasını tapşırıb

ABŞ İrana Hörmüz boğazındakı minaların təmizlənməsi üçün 30 gün vaxt verməyi planlaşdırır

Şalva Papuaşvili: Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq daha da möhkəmlənir

Yazıçı-publisist Varis Yolçiyevin “İrəvanda xan qalmadı” adlı sənədli romanının təqdimat-müzakirəsi olub

Tbilisidə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

“Caz ruhunda Balabanın səsi” Romada

Ödənişli yolda avtomobil aşıb, yaralananlar var VİDEO

Ödənişli yolda avtomobil aşıb, yaralananlar var VİDEO

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

Şəkinin dağ çaylarında suyun səviyyəsi üç dəfə artıb, qabaqlayıcı tədbirlər görülür VİDEO

Şəkinin dağ çaylarında suyun səviyyəsi üç dəfə artıb, qabaqlayıcı tədbirlər görülür VİDEO

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

Bakının ev sahibliyi ilə keçirilən WUF13-ün beynəlxalq mediada yaratdığı geniş əks-səda davam edir

ŞKTC Prezidenti: Lefkoşa öz siyasətini Ankara ilə tam razılaşdırılmış şəkildə qurur

“Milan” Alleqri ilə yollarını ayırıb

90 illik sənət məbədinin yubiley gecəsi: dünya klassiklərinin əsərləri səsləndirilib VİDEO

90 illik sənət məbədinin yubiley gecəsi: dünya klassiklərinin əsərləri səsləndirilib VİDEO

Omanda Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Fransa ordusu üçün həlledici seçim: yerli sistemlər, yoxsa ABŞ-nin “HIMARS”ı?

Bu saata olan əsas xəbərlər

Düşənbədə su festivalı

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən

Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutodan

Rumıniyanın Prezidenti Nikuşor Dandan

Əl-Küveytdə 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Fransa əhalisinin təxminən yarısı immiqrasiyanın təsirinə məruz qalıb

Azərbaycanın Müstəqillik Günü İstanbulda qeyd olunub

Estoniya Respublikasının Prezidenti Alar Karisdən

Rusiya XİN əcnəbiləri Kiyevi tərk etməyə çağırıb

Naxçıvan Muxtar Respublikasının bir sıra ərazilərində elektrik enerjisinin təchizatı dayandırılacaq

BDU-da keçirilən “Çin dili körpüsü” müsabiqəsinin qalibləri məlum olub

WUF13: Bakı qlobal urbanizasiya gündəliyinin mərkəzinə çevrildi - ŞƏRH

Qazaxıstan Respublikasının Birinci Prezidenti Nursultan Nazarbayevdən

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən

®  “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü VİDEO

® “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü VİDEO

“Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində mədəniyyət gecəsi

® “Rabitəbank” “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir

® "AccessBank", "AmCham Azerbaijan" və "Neurotime" süni intellekt hakatonunun qaliblərini elan ediblər

AQTA: Gülçülük məhsullarının beynəlxalq bazarlara çıxarılması üçün fitosanitar tələblərə uyğunluq təmin edilməlidir

Ana dili: kimlik və gələcək - ADPU-da respublika konfransı VİDEO

Ana dili: kimlik və gələcək - ADPU-da respublika konfransı VİDEO

Sumqayıt Sənaye Parkının rezidentlərinin sayı 39-a çatıb

Moldova Respublikasının Prezidenti Maya Sandudan

Fransa istilik dalğası ilə üzləşib

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilidən

“Uzaq sahillərdə” sərgisi gənc rəssamların daxili dünyasını rənglərlə açır

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

Pakistan İslam Respublikasının Baş naziri Zati-aliləri cənab Məhəmməd Şahbaz Şərifə

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

WUF13 Azərbaycanın qlobal nüfuzunun güclənməsinə xidmət edən mühüm platforma oldu ŞƏRH

Bakı sakini: Əminəm ki, gələcəkdə ölkəmiz təbii qazla yanaşı dünya bazarına alternativ enerji də ixrac edəcək

Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ

BDU-da IV respublika olimpiadası: tələbələr 5 fənn üzrə biliklərini sınayıblar

Berlində 30-cu Mədəniyyətlər Karnavalı coşqu ilə qeyd olunur

WUF13-ün Bakıda keçirilməsi beynəlxalq təşkilatların ölkəmizə etimadının göstəricisidir RƏY

İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçilib

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusuna növbəti tədris ili üçün 180 yer nəzərdə tutulur

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində könüllü qanvermə aksiyası

İşğaldan azad edilmiş ərazilərdəki daha 33 müəssisənin əməkdaşları əməyin mühafizəsi barədə məlumatlandırılıblar

Azərbaycanın pambıq iplik ixracı 2 dəfədən çox artıb

Naxçıvan-Ordubad magistral avtomobil yolunda təmir işləri görülür VİDEO

Naxçıvan-Ordubad magistral avtomobil yolunda təmir işləri görülür VİDEO

Məişət zorakılığından zərər çəkmiş 16 nəfərə sosial reabilitasiya xidmətləri göstərilir

Tallində 28 May - Müstəqillik Günü münasibətilə təntənəli mərasim VİDEO

Tallində 28 May - Müstəqillik Günü münasibətilə təntənəli mərasim VİDEO

Siyasi şərhçi: Qarabağdakı quruculuq WUF13-də postmünaqişə inkişaf modeli kimi diqqət çəkib

Azərbaycan nümayəndə heyəti Fransada regional seminarda iştirak edib

Akademik Rafael Hüseynov: Cavad Heyət Azərbaycanın həmişə iftixar duyduğu şəxsiyyətdir

Azərbaycanın Müstəqillik Günü Rustavidə qeyd olunub

Ədəbiyyat Muzeyində türkoloq-alim Cavad Heyətin xatirəsi anılıb

AQTA-nın sədri sahibkarlarla görüşəcək

Tural Gəncəliyev: “Bakı Fəaliyyətə Çağırış” Azərbaycanın böyük siyasi və diplomatik qələbəsidir

Milli Kitabxanada “Əcəmi Naxçıvani. Biblioqrafiya” kitabının təqdimatı olub

Professor: Azərbaycan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi - ŞƏRH

Baş katib: Tanınmış futbolçuların minifutbolda çıxış etməsi Avropa çempionatının rəqabət səviyyəsini daha da artırır

Azərbaycanlı alim beynəlxalq simpoziumda Azərbaycanın kənd təsərrüfatı irsindən danışıb

Şərqi Zəngəzurda meyvə bağlarında monitorinq aparılıb

® “Birbank” və “Bir Kredit” BOKT-dan yeni lizinq imkanı: 0 faizdən başlayan ilkin ödənişlə avtomobil əldə edin

“Qarabağ” Toral Bayramovla yollarını ayırıb

Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanda duz istehsalı 28 faiz artıb

Anakliya layihəsinin birinci mərhələsi 2029-cu ilə qədər başa çatdırıla bilər

Paytaxtda 99 minə yaxın şagird monitorinqə cəlb olunacaq

Kreml Ermənistana Aİİ daxilində Rusiya qazı üçün güzəştli qiymətləri xatırladıb

Çin Xalq Respublikasının Sədri Si Cinpindən