REGİONLAR


Əhalinin kütləvi tibbi müayinəsi xocavəndli məcburi köçkünlər tərəfindən rəğbətlə qarşılanır

Beyləqan, 8 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC 

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən respublikamızın hər yerində olduğu kimi, Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsində də əhalinin kütləvi tibbi müayinəsi uğurla davam edir.

Xocavənd Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, müayinələrin uğurla həyata keçirilməsi üçün işçi qrupu və 12 nəfərdən ibarət müxtəlif ixtisaslı həkimlər olmaqla, 2 briqada yaradılıb. Beyləqan rayonu ərazisindəki Xocavənd, Yeni Xocavənd, Yeni Tuğ, Yeni Qaradağlı və 320 ailəlik qəsəbələrdə məskunlaşan xocavəndli məcburi köçkünlərin tibbi müayinəsi rayon mərkəzi xəstəxanasında aparılır. Sakinlər burada terapevt, cərrah, lor, oftalmoloq, nevropatoloq, stomatoloq və digər ixtisaslı həkimlərin qəbulunda olur, kardioqram, ultrasəs və sair müayinələrdən keçirilir.

Fevralın 15-dən indiyədək rayon üzrə 5274 nəfər sakin müayinə olunub. 36 nəfər ambulator, 10 nəfər stasionar müalicəyə cəlb edilib, 4 nəfər müalicə almaq üçün Bakı şəhərinə göndərilib. Stasionar və ambulator müalicəyə cəlb olunan xəstələr lazımi dərman preparatları ilə təmin edilir.

Əhalinin kütləvi tibbi müayinəsi xocavəndli məcburi köçkünlər tərəfindən rəğbətlə qarşılanır. Məcburi köçkünlər insanların sağlamlığının etibarlı şəkildə qorunmasına xidmət edən aksiyanı yüksək qiymətləndirir və bu addımın təşəbbüskarı olan dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.