Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ermənistan: siyasi və geosiyasi iflasın yeni mərhələsində

Ermənistan: siyasi və geosiyasi iflasın yeni mərhələsində

Apreldə baş verən 4 günlük müharibədə aldığı sarsıdıcı zərbələrdən rəsmi İrəvan hələ də özünə gələ bilməyib. Daxili siyasətdəki uğursuzluqlar davam edir. Hakim Ermənistan Respublikaçılar Partiyasına qarşı etirazlar yüksəlir. İqtidar ölkəni dalana aparmaqda ittiham edilir. Bir sıra yerlərdə artıq kütləvi etirazlar başlayıb. Ermənilər hakim dairələrdən müharibədə nəyə görə uduzduqlarının izahını tələb edirlər. Müdafiə naziri Seyran Ohanyanın ölkə rəhbərliyi tərəfindən sorğu-suala tutulması da birmənalı qarşılanmayıb. Çünki erməni ordusunda hökm sürən başıpozuqluqda, qoşun növləri arasında əlaqələrin zəifliyində, təchizatın biabırçı səviyyədə olmasında bütövlükdə Serj Sarkisyan iqtidarı günahlandırılır. Bütün bunlara ölkəyə xarici dəstəyin azalması, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqında İrəvanın sözünün sayılmaması da əlavə edilir. Belə qənaət yaranır ki, Ermənistan siyasi iflasın növbəti mərhələsinə qədəm qoyub ki, bunun da daha ağır nəticələri ola bilər.

Şok vəziyyəti: İrəvan məntiqsiz davranır

Azərbaycan Ordusunun sarsıdıcı zərbələrindən sonra şoka düşən Ermənistan rəhbərliyi hələ də özünə gələ bilməyib. Erməni ekspertlər bunun səbəblərini araşdırmağa çalışırlar. Cəmiyyətdə hakimiyyətdən narazılıqların durmadan artması ilə yanaşı, siyasi müxalifətin də radikallaşması hakim elitanı çox qorxudur. Lakin hakimiyyət hansısa effektiv addım ata bilmir. Ermənistan iqtidarı əhali arasında nüfuzunu itirir, daxildə etiraz yüksəlir və ölkənin onsuz da çox zəif olan geosiyasi mövqeyi sıfıra düşür.

Əslində, burada gözlənilməz bir məqam yoxdur. Çünki Ermənistan dövlət olaraq xülyalarda yaşayır, havadarının hərbi uğurlarını özününkü hesab edirdi. Erməni analitik İqor Muradyan bunun yaratdığı psixoloji anormallığı təsvir edir. O, apreldə erməni ordusunun aldığı ağır zərbədən sonra vəziyyətin kəskin dəyişdiyini ermənilərin çətinliklə anladıqlarını vurğulayır. İ.Muradyan yazır: "Çətin ki, ermənilər bunu başa düşsün, ancaq hər halda, demək lazımdır. Söhbət ərazi itkilərindən, həmçinin indi sadəlövhlüklə "Dağlıq Qarabağ respublikası" adlandırılanın siyasi statusundan gedir" (bax: Игорь Мурадян. Впереди политическое поражение Армении/"Lragir.am", 19 aprel 2016).

Erməni analitik hesab edir ki, Ermənistan məğlubiyyətlə barışmağa "məhkumdur". Rəsmi İrəvanı nə Rusiya, nə də Amerika sona qədər müdafiə edə biləcək. Səbəb də ondan ibarətdir ki, iqtidar çox uğursuz xarici siyasət yeridir, ölkənin suverenliyi və müstəqilliyi formal xarakter daşıyır. Ermənistanı nə Rusiya, nə də ABŞ müstəqil dövlət kimi qəbul edir. İndi baş verənlərdə İrəvanın dediklərinə əhəmiyyət verilməməsi məhz bunun əlamətidir.

Erməni ekspertlər buna misal olaraq Avrasiya İqtisadi İttifaqının hökumət başçılarının iclasının İrəvanda deyil, Moskvada keçirilməsi haqqında qərara gəlinməsini göstərirlər. Həmin təşkilatın nizamnaməsinə görə, iclas yerinin dəyişməsi üzvlərin hamısının razılığı ilə olmalıdır. Əgər İrəvanı Moskvaya dəyişiblərsə, deməli, erməni tərəfinin razılaşması üçün təzyiqlər olub. Qısa deyilsə, Nursultan Nazarbayev və Aleksandr Lukaşenkonun fikirləri ilə razılaşıblar (bax: Акоп Бадалян. Налбандян раскрыл позор, или Алиев обрадуется/"Lragir.am", 14 aprel 2016).

Bütün bunlar Ermənistanın siyasi məğlubiyyəti ilə nəticələnəcək. Bu, doğrudan da belədir. Çünki məsələ həm də Ermənistan hakimiyyətinin daxili siyasətdəki uğursuzluqları və beynəlxalq miqyasda çox zəif mövqeyə malik olmasına bağlıdır. Daxildə iqtidardan narazılıqların yeni məzmun kəsb etməsi siyasi mübarizə səhnəsində radikalizmin yüksəlməsi ilə müşayiət olunur. Bir neçə gün əvvəl Robert Koçaryanın evinə qumbara atılmışdı. Bu hadisə keçmiş prezidentin yenidən siyasətə qayıtmaq istəyi haqqında informasiyaların yayılmasından sonra baş verdi.

Daxili ziddiyyətlər və xarici faktor: Azərbaycanın zərbələri qarşısında acizlik

Ekspertlərin fikrinə görə, R.Koçaryan həm həmyerlisi S.Sarkisyanın, həm də irəvanlı siyasətçilərin arzu etmədiyi personadır. Qumbara hər iki düşərgənin adamları tərəfindən atıla bilərdi. Son məlumatlara görə, bunu edən adamın sürücü olduğu bildirilir. Belə çıxır ki, Ermənistanda siyasi mübarizədə keçən əsrin 90-cı illərində sınaqdan çıxmış üsullardan istifadə etməyə başlayıblar. Onun kulminasiya nöqtəsi 1999-cu ildə Ermənistan parlamentində törədilən kütləvi qətliam, terror hadisəsi hesab edilir.

Bir sıra analitikin proqnozuna görə, buna oxşar hadisə baş verə bilər. Lakin burada bir məqam da vardır. Biz rusiyalı ekspertlərin davamlı olaraq belə bir informasiya yaymasını nəzərdə tuturuq. Onlar tezliklə Azərbaycana işğal edilmiş rayonlarının beşinin qaytarılacağından bəhs edirlər. Sonra qalan iki rayon və Dağlıq Qarabağın hüquqi statusu məsələsi müzakirə edilə bilər (bax: Sergey Markov: "İşğal altındakı 5 rayon bu ilin sonuna kimi Azərbaycana qaytarılacaq"/"APA", 14 aprel 2014).

Sergey Markov bununla bağlı deyib: "Ermənistan ilkin mərhələdə 7 rayondan 5-ni geri qaytarır. Həmin rayonlar regionda sülhə təminat vermək üçün hərbisizləşdirilir. Bütün bunların qarşılığında Azərbaycan Ermənistanın blokadasını aradan qaldırır" (bax: əvvəlki mənbəyə). Bundan sonra isə danışıqların növbəti mərhələsinə keçmək olar. Maraqlıdır ki, rusiyalı ekspert Moskvanın bu cür tələskənliyini Azərbaycanın üstünlük əldə etməsi ilə izah edir: belə getsə, problem mütləq mənada Bakının xeyrinə həll oluna bilər. Bunun baş verməməsi üçün Kazan prinsipləri adlanan şərtlərlə münaqişəni həll etmək lazımdır (bax: əvvəlki mənbəyə).

Deməli, faktiki olaraq, bir sıra dairələr Azərbaycanın mövqeyinin güclənməsindən narahat olmağa başlayıblar və münaqişənin tam ədalətli həllinin qarşısını almaq üçün "5 rayon+2 rayon və referendum" formulunu reallaşdırmağa çalışırlar. Bəs Azərbaycan buna razıdırmı? Bir halda ki, gec və ya tez Azərbaycan qalib gələcək və düşmənə layiq olduğu yeri göstərəcək, nəyə görə Ermənistanı tam məğlubiyyətdən qurtarmağı nəzərdə tutan planı qəbul etməlidir? Biz yuxarıda rusiyalı ekspertin və bir sıra xarici dairələrin arzularını ifadə edən informasiyanı verdik. Lakin bu, rəsmi Bakının mövqeyi deyil. Bu səbəbdən Azərbaycan xalqı ölkə prezidentinin, Ali Baş Komandanın verdiyi qərarları yeganə düzgün mövqe hesab edir.

Qərb dövlətlərinin mövqeyi də bütün bunların fonunda maraqlı görünür. ABŞ rəhbərliyinin Prezident İlham Əliyevin yeritdiyi siyasəti dəstəklədiyi məlumdur. O cümlədən Azərbaycanın ərazi bütövlüyünün bərpasını Vaşinqton vacib sayır. Avropa İttifaqı da eyni mövqedən çıxış edir. Almaniyanın kansleri Angela Merkel bu günlərdə Ermənistan prezidentinə bunu bir daha xatırladıb. Ancaq Qərb bu barədə hələlik yalnız söz, bəyanat səviyyəsində danışır.

Konkret addımlar atılmır. Ermənistandan bir təcavüzkar kimi işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsi tələb olunmur. Ədalət naminə, ermənilərin "Azərbaycan aqressiyası"nı qınamağa çağıran tələblərinə də Avropada fikir verən yoxdur. Ancaq bunlar yetərli deyil – Avropa qəti surətdə təcavüzkarın qoşunlarını çəkməsini tələb etməlidir. O cümlədən BMT qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi şərtini qətiyyətlə dilə gətirməlidir.

Bunların əvəzində, Dağlıq Qarabağ münaqişəsinin həllinin bir və ya iki dövlətin inhisarına verilməsi çox riskli olardı. Azərbaycanın torpaqları qeyd-şərtsiz azad edilməlidir. Hər hansı danışıqlar da bundan sonra aparıla bilər. Başqa variantlarda münaqişənin təminatlı həllindən söhbət gedə bilməz.

Beləliklə, Ermənistan bütün istiqamətlərdə ağır zərbələr almaqda davam edir. Artıq əvvəlki vəziyyətin qayıtması mümkün deyil. Azərbaycan öz haqlı tələblərini qoymaqla münaqişənin ədalətli həllinə çalışır. Ermənistan isə təcavüzkarlığını əsaslandıra bilmir. İrəvanın xarici dəstəyi də getdikcə azalır. İndi Ermənistanda sosial-siyasi vəziyyət qeyri-müəyyəndir. Bir qədər sonra bu, açıq qarşıdurma mərhələsinə keçə bilər. Görünür, bəzi xarici ekspertlər də bunu nəzərə alaraq, Ermənistanın daha ağır duruma düşəcəyini proqnozlaşdırırlar. Onlar İrəvanın yeni silahlar almaqla prosesləri öz xeyrinə dəyişmək şansının sıfıra bərabər olduğunu vurğulayırlar. Yəni məsələ silahlarda deyil. Azərbaycan bütün sahələrdə inkişafa nail olub və Ermənistan kimi zəif bir dövlət onun qarşısında dayana bilməz. Ən əsası isə odur ki, haqq-ədalət Azərbaycanın tərəfindədir. Ekspertlər də məhz bu məqamı vurğulayaraq yazırlar ki, Azərbaycan öz torpaqlarını azad edir ki, buna heç kəs etiraz edə bilməz.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Salyanda avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb

ABŞ-da yük qatarı relsdən çıxaraq alovlanıb

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur