Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Lordlar Palatasında İngiltərə-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə tarixdə “Dunsterforce” adlanan hərbi bölmə haqqında mühazirə dinlənilib VİDEO

London, 28 aprel, AZƏRTAC

İngiltərə-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Britaniya parlamentində tarixdə “Dunsterforce” adı ilə tanınan, XX əsrin əvvəllərində Cənubi Qafqazda və Bakıda əməliyyatlarda iştirak edən hərbi bölmə haqqında mühazirə dinlənilib.

İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədrləri, professor Nərgiz Paşayeva və həmkarı Lord German tədbirə toplaşan qonaqları salamladılar.

Mühazirədə İngiltərə-Azərbaycan Cəmiyyətinin icraiyyə komitəsinin üzvləri, Britaniyanın və Azərbaycanın ictimai və elm xadimləri iştirak ediblər.

Tədbiri açan İngiltərə-Azərbaycan Cəmiyyətinin Britaniya tərəfdən həmsədri Lord German Azərbaycan xalqına müraciət edərək bildirib: “Biz, İngiltərə-Azərbaycan Cəmiyyəti olaraq, Dağlıq Qarabağ münaqişə zonasında son zamanlar baş vermiş, insan tələfatı, dağıntı və xəsarətlərlə nəticələnən hadisələrdən çox narahat olduq. Azərbaycan xalqının dinc yaşaması və bu münaqişənin tezliklə həll olunmasına çox ümid edirik”.

Lord German tarixdə “Dunsterforce” adı ilə tanınan hərbi bölmənin Cənubi Qafqazda, o cümlədən Bakıda apardığı hərbi əməliyyatların həm Azərbaycan, həm də Britaniya tarixində xüsusi yeri olduğunu vurğulayaraq bu haqda mühazirə dinləməyin çox maraqlı olacağını bildirib. Həmsədr həmkarı professor Nərgiz Paşayevaya dərin təşəkkürünü bildirərək sözügedən tarixi hadisə haqqında məlumatlanmağın əhəmiyyətini diqqətə çatdırıb.

Tədbirdə britaniyalı vəkil və tarixçi Alum Bati məruzəçi olaraq iştirak edib. A.Bati Britaniyanın fərqli universitetlərində tarix və hüquq ixtisası üzrə təhsil alıb. Öz sahəsı üzrə bir çox kitab və elmi əsərlərin, o cümlədən “Visions of Azerbaijan” jurnalında “1918: Azərbaycan Müharibədə” adlı məqalənin müəllifidir. Azərbaycanda Britaniya Biznes qrupunun baş katibi, Britaniyanın Azərbaycandakı 4 səfirinin fəxri hüquq məsləhətçisi və bu kimi Azərbaycan ilə bağlı bir çox əhəmiyyətli vəzifələrdə çalışıb. A.Bati Azərbaycan Parlament komissiyasında fəaliyyət göstərən yeganə xarici vətəndaşdır.

A.Bati məruzəsində tarixdə “Dunsterforce” adlanan hadisə haqqında arxiv sənədləri, foto və video çəkilişlər ilə iştirakçılara ətraflı məlumat verib. Adını bölməyə rəhbərlik edən britaniyalı general Lionel Çarlz Denstervildən alan bu hərbi bölüm 1917-ci ildə yaradılıb. General Denstervil xatirələrində bölməni “Dunsterforce” adlandırıb. Bölmə haqqında sənədlərin bir çoxu günümüzə qədər gəlib çatmayıb. A.Bati məruzəsində general L. Denstervilin Bakıda apardığı hərbi əməliyyatlara xüsusi diqqət yetirib.

Özünü Cənubi Qafqazda Britaniyanın Kolumbu sayan general-mayor Lionel Çarlz Denstervil (1865-1946) Londonda doğulmuş, ilk təhsilini Britaniya ordusu üçün hərbi qulluqçular hazırlayan Devon məktəbində almışdı. Məktəb illərində onun yaxın dostlarından biri gələcəyin görkəmli yazıçısı, Nobel mükafatı laureatı R. Kiplinq idi. Gənc Kiplinq özünün, eləcə də sinif yoldaşlarının bu dövrdəki həyatından söz açdığı avtobioqrafik “Stalki və dəstəsi” romanında əsas qəhrəmanının - diribaş Stalkinin prototipi kimi Denstervili təsvir etmişdi.

Hərbi, siyasi və iqtisadi baxımdan böyük əhəmiyyətə malik olan Don hövzəsu, Qafqaz və Türküstana nəzarət Britaniya hökumətinin strateji planlarına daxil idi. Polkovnik Denstervil də məhz bu səbəbə görə buraya yola düşmüşdü.

Çar Rusiyasının süqutu ilə yaranan hərbi-siyasi vəziyyət qarşıya Böyük Britaniya müstəmləkələrinin və imperiya maraqlarının müdafiəsi ilə bağlı yeni vəzifələr qoymuşdu. Denstervil isə Ənzəli və Bakı limanlarına, Xəzərin qərb sahillərinə nəzarəti təmin etməli, Tiflisdə müttəfiq dövlətlərlə iş birliyi qurmaq istəyən qüvvələrlə əlaqə yaratmalı idi. Növbəti il yanvarın ilk günlərində ona general-mayor rütbəsi verilərək, tarixə “Densterforce” (“Denstervil ordusu”) adi ilə düşən elitar hərbi birləşmənin formalaşdırması tapşırıldı. Təşkilinə bir neçə gün sonra Bağdadda başlanan, İranda davam etdirilən və Bakıya daxil olan zaman ümumi sayı təxminən 1000 nəfər əsgər və zabitdən ibarət qrupun tərkibinə Mesopotomiya və Qərb cəbhələrinin seçmə hissələrinin hərbi qulluqçuları daxil edilmişdi. Burada britaniyalılarla yanaşı avstraliyalı, kanadalı və yeni zelandiyalılar da var idi.

Hərbi missiyanın təşkilində məqsəd Qafqaza və Mərkəzi Asiyaya can atan alman-türk qüvvələrinin Böyük Britaniya müstəmləkələri, ilk növbədə Əfqanıstan və Hindistan üçün yarada biləcəkləri mümkün təhlükənin qarşısını almaq idi. Rusiya Birinci Dünya müharibəsindən çıxdıqdan sonra bu təhlükə daha real görünürdü. “Dunsterforce” İran ərazisindən keçərək Xəzər dənizi, Azərbaycan, xüsusən də, regionda alman təsirinin daha nəzərəçarpacaq şəkildə duyulduğu Tiflisdə Britaniyanın maraq və mənafelərini qorumalı idi. Bu məqsədə çatmaq üçün hərbi kəşfiyyat məlumatının toplanması, yerli hakimiyyətlərlə əlaqə qurulması, İran və Qafqazda alman təsirinin zəiflədilməsi tələb olunurdu.

“Dunsterforce”un ilk tarixçisi ingilis generalının özü olmuşdu. O, 1911-ci ildən başlayaraq əhatəli gündəlik aparmışdı. Cari qeydləri, topladığı çoxsaylı sənəd və materiallar, habelə şəxsi müşahidələri əsasında 1920-ci ildə Londonda “The Adventures of Dunsterforce” (“Densterfors”un macəraları”) kitabını çap etdirmişdi.

General Denstervil inqilab komitəsində keçirdiyi gərgin görüşdən sonra gündəliyində yazırdı: “Bolşeviklər bizə Bakıya getməklə bağlı hətta hər hansı təşəbbüsü də yasaq edirlər. Bakı bolşevik hökumətinin əlindədir, gəlmək xəbərimizi eşidərək radio ilə nəyin bahasına olursa olsun, bizi tutub saxlamaq barəsində əmr göndəriblər”.

Bağdad və Londonla apardığı məsləhətləşmələr zamanı generala hələlik Həmədanda gözləmək, İran tərəfinin bütün addımlarını nəzarətdə saxlamaq və imkan yaranan kimi Cənubi Qafqaza doğru hərəkət etmək əmri verilmişdir. General Denstervil isə məcburi fəaliyyətsizlik günlərində daha çox İran cəmiyyətinin özünəməxsusluqlarını araşdırmaq və Cənubi Qafqazda yaranmış vəziyyəti təhlil etməklə vaxtını keçirirdi. Məsələn, 1918-ci ilin aprelində İrandan Londona, Hərbi nazirliyə göndərdiyi məlumatlardan birində general Denstervil Cənubi Qafqazdakı vəziyyəti dəyərləndirmişdi. Cənubi Qafqazdakı vəziyyətlə bağlı təhlillərdə də həqiqətlə səsləşən müəyyən müşahidələr və rasional qənaətlər yox deyildir. Amma təbii ki, bütün bu təhlil və mülahizələrin mərkəzində bölgədə ingilis hegemonluğunu təmin etmək, hansı yolla olursa-olsun, Britaniya imperializminin maraq və mənafelərini qorumaq düşüncəsi dayanırdı.

“Dunsterforce”un formalaşma prosesində rus zabitlərinin, xüsusən də Qafqaz ordusunda xidmət etmiş hərbçilərin xidmətindən geniş istifadə olunurdu. General Denstervilin ətrafında Bakı aviatorlar məktəbinin məzunları böyük üstünlük təşkil edirdilər.

Generalın şəxsi yavəri, ingilis əsilli rus zabiti kapitan Breyin də axırıncı qulluq yeri Bakı olmuşdu. Nəhayət, Denstervilin özünün rus dilini bilməsi işə çox yarayırdı. Kitabındakı və gündəliklərindəki qeydlərdən də göründüyü kimi, bu dil bilgisi ikinci şəxslər olmadan Bakıda faydalı dialoq qurmaq, daim hadisələrin nəbzini tutmaq imkanı yaratmışdı.

Sentyabrın 17-də Azərbaycan Cümhuriyyəti hökuməti xüsusi qatarla müvəqqəti paytaxt Gəncədən Bakıya gəldi. Məruzəçi toplaşanlara onu da çatdırdı ki, o dövrdə Bakı bolşeviklərin və Şaumyanın, ermənilərin əlinə keçmişdi və yerli əhali arasında böyük insan tələfatı var idi. Bakının azad edilməsi milli dövlətçiliyimizə cahanşümul töhfə oldu. XX əsr Azərbaycan tarixinin bu ən parlaq səhifəsi Azərbaycan və türk əsgərinin qanı ilə yazıldı.

Beləliklə, “Dunsterforce” üzərinə qoyulan əsas vəzifənin - Bakıda Britaniya nəzarətinin təmin olunması işinin öhdəsindən gələ bilmədi.

Sentyabrın 16-da Denstervil Bağdada dönməsi ilə bağlı teleqram aldı. “Özümü incidilmiş saymıram, - deyə həmin gün o, gündəliyində yazmışdı. - Hərbi nazirliyin və Bağdadın süstlüyünə, səhvlərinə baxmayaraq çətin şəraitdə əla iş gördüm, boş yerdə çox yaxşı nəticələrə nail oldum. Görünür, teleqramlarımdan sonra taleyimi yüngülləşdirmək və mənə hərbi məhkəmə ilə təsir göstərməməkdən başqa yolları qalmamışdı”. Bu sətirlərdən Britaniya hökumətinin “Dunsterforce”dan narazı, Denstervilin isə çox razı qaldığı aşkara çıxır.

Daha sonra iştirakçıların sualları cavablandırılıb. Tədbirin yekununda Nərgiz Paşayeva və Lord German mühazirəçiyə təşəkkürlərini bildirdilər.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

Lordlar Palatasında İngiltərə-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə tarixdə “Dunsterforce” adlanan hərbi bölmə haqqında mühazirə dinlənilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi NATO-nun ölkəmizə diqqətini artırır - RƏY

Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar

® “PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

“İçərişəhər” Qoruq İdarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb VİDEO

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb