Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

“ADA” Universitetinin məzun buraxılışı və “Qəhrəmanlar unudulmur” adlı təntənəli mərasim keçirilib
Mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak edib

Bakı, 30 aprel, AZƏRTAC

Xəbər verdiyimiz kimi, aprelin 29-da “Gülüstan” sarayında “ADA” Universitetinin məzun buraxılışı və “Vətəndaşlıq və sosial məsuliyyət: qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.

“ADA” Universitetinin məzun buraxılışı daha bir vacib ənənə ilə üst-üstə düşdü - “Vətəndaşlıq və sosial məsuliyyət: qəhrəmanlar unudulmur” adlı tədbir keçirildi. Bu gün həm də “ADA” Universiteti milli təhsilimizdə göstərdiyi xidmətin 10 illik yubileyini qeyd etdi.

Tədbir Azərbaycanın Dövlət bayrağının salona gətirilməsi ilə başlandı.

Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndi.

“ADA” Universitetinin prorektoru Emin Hüseynov bildirdi ki, bu gün universitet üçün böyük hadisədir. Bu il bakalavr üzrə ilk buraxılışdır. “Beynəlxalq münasibətlər” üzrə 20, “Biznes idarəçiliyi” ixtisası üzrə 38 bakalavr məzun buraxılır. Həmçinin 2 ixtisas üzrə 29 magistr olub. Onlar Azərbaycan, Əfqanıstan, Yaponiya, Keniya, Monteneqro, Qırğızıstan, Rusiya, Serbiya, Suriya, Zambiya ölkələrindəndir.

Məzunlara diplomlar təqdim edildi.

Universitetin rektoru, səfir Hafiz Paşayev məzunları təbrik etdi.

“ADA” Universitetinin builki məzun buraxılışı Fikrət Əmirovun “1001 gecə” baletindən fraqmentin səsləndirilməsi ilə müşayiət olundu.

Sonra çıxış edən “ADA” Universitetinin birinci prorektoru Qalib Məmmədov Azərbaycan Ordusunun erməni işğalçılarına qarşı apardığı mübarizədən danışdı.

Vətən uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Qalib Məmmədov bildirdi ki, “ADA” Universiteti bu dövlətin, bu xalqın sayəsində yaradılıb. Buna görə də təhsil ocağı istedadlı gəncləri tapıb oxutmalıdır. Bu məqsədlə təqaüd fondu təsis edib. İki həftə ərzində bu fonda 1 milyon manatdan çox vəsait toplanıb. İlin sonunadək həmin vəsaitin 3 milyon manata çatacağı gözlənilir. Bu vəsaitin hesabına Vətən uğrunda şəhid olanların övladları təhsil alacaq.

Qeyd edək ki, “ADA” Universitetinin tələbələri tədris ili ərzində vətəndaşlıq məsuliyyəti və ictimai fəallığa istiqamətlənən layihələr həyata keçirir. Bu il də istisna olmayıb. Ən yaxşı layihələr müəllim və tələbələrdən ibarət münsiflər heyəti tərəfindən seçilib və Hacı Zeynalabdin Tağıyev adına mükafata layiq görülüb. Builki qaliblər 22 layihə arasından seçilib. Mükafata layiq görülən layihələrlə tanışlıqdan sonra Hacı Zeynalabdin Tağıyev mükafatının təqdimatı keçirildi. İki layihə birinci yerə layiq görüldü.

Tədbirdə Azərbaycan maarifçiliyində xidmətləri olan şəxslər haqqında məlumat verildi.

“ADA” Universitetinin məzunları haqqında videoçarx nümayiş olundu.

Tədbirin bayram əhval-ruhiyyəsini artıran dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Musiqi Akademiyasının gənclər kamera orkestrinin ifasında Aqşin Əlizadənin “Cəngi”, Qara Qarayevin “İldırımlı yollarla” baletindən musiqi parçaları oldu.

Tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə dəfələrlə qayıdıldı. Bildirildi ki, aprelin əvvəlində bütün dünyanın gözü Azərbaycanda idi. Dörd gün bütün Azərbaycan ayaq üstə idi. Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs müqaviləsi imzalandıqdan indiyədək son 22 il ərzində ən irimiqyaslı döyüşlər baş verdi. Azərbaycan Silahlı Qüvvələri tərəfindən bir sıra strateji yüksəkliklər, həmçinin yaşayış məntəqələri üzərində nəzarət ələ keçirildi. Milli Ordumuz bizə qələbə sevinci yaşatdı. Amma bunun ağrı-acısı da oldu. Şəhidlik zirvəsinə ucalmış igid oğulların xatirəsi Qara Qarayevin “Matəm odası” əsərinin müşayiəti ilə anıldı.

“ADA” Universitetinin 10 illik yubileyi ilə əlaqədar çıxış edən akademik Roald Saqdeyev universitetin rektoru, professor Hafiz Paşayevlə onun hələ müstəqil Azərbaycanın Birləşmiş Ştatlarda ilk səfiri olarkən görüşlərini, söhbətlərini xatırlatdı. Diqqətə çatdırdı ki, söhbətlərdən birində Hafiz Paşayev öz arzusu ilə bölüşdü və bu arzusunun Azərbaycanda diplomatik akademiyanın açılması olduğunu bildirdi. Bu gün isə bu arzu artıq reallığa çevrilib və “ADA” Universiteti 10 illik yubileyini qeyd edir. “Mən bu arzunun gerçəkləşəcəyinə inanırdım, amma özümün burada dərs deyəcəyimi təsəvvür etməzdim”, - deyən Roald Saqdeyev çıxışını Benjamin Franklinin “Öz pul kisəni beyninə boşalt. Biliyə sərmayədən yaxşı heç nə yoxdur” sözləri ilə yekunlaşdırdı.

“ADA” Universitetinin rektoru professor Hafiz Paşayev universitetin ilk bakalavr sinfinin məzun olması münasibətilə sevinc hissi keçirdiklərini bildirdi. Qeyd etdi ki, tədbirin bu əzəmətli sarayda keçirilməsinin rəmzi mənası var. Belə ki, 1994-cü ildə “Gülüstan” sarayında “Əsrin müqaviləsi”nin imzalanması mərasimi olub. Məhz bu zalda uzaqgörən lider Heydər Əliyev müasir Azərbaycanın təməl daşını qoyub. Məhz burada ölkənin “qara qızıl” sərvətinin çətinliklə qazanılmış müstəqilliyimizin möhkəmlənməsinə yönəlməsi haqda qərar imzalanıb. Onun nəticəsidir ki, bu məkanda keçirilən mərasim “insan qızılı” haqqındadır.

Prezident İlham Əliyevin Diplomatik Akademiyanın yaradılması ilə bağlı tapşırığından söhbət açan Hafiz Paşayev o vaxt bu istiqamətdə atılan addımlardan danışaraq dedi:

-İlk addımlarımızı Xarici İşlər Nazirliyinin binasında kiçik otaqda bir neçə əməkdaşla başladıq. İlk mərhələdə dünyanın tanınmış diplomatiya institutları ilə əlaqələr yaratdıq və onların təcrübəsindən bəhrələnərək 2007-ci ilin mayında ADA-da İxtisasartırma Proqramına başladıq. Həmin vaxtdan bəri Proqram genişləndi və təkcə yerli deyil, xarici diplomatları da əhatə etdi. Bu gün İxtisasartırma Proqramımızın 3 mindən çox məzunu var. Təlim işini kifayət qədər uğurla həyata keçirməyimiz bizi ruhlandırdı və tədris fəaliyyətimizi bir qədər də genişləndirmək qərarına gəldik. 2009-cu ildə ictimai və beynəlxalq münasibətlər fakültəsini yaradaraq ilk magistr tələbələrimizi qəbul etdik. 2011-ci ildə bu gün məzun olan ilk bakalavr sinfimizi qəbul etdik. Ölkəmizin inkişafı ilə ayaqlaşaraq daha sonra tədricən yeni ixtisas sahələrinə üz tutduq: biznesin idarə edilməsi, iqtisadiyyat, dövlət və ictimai münasibətlər, təhsilin idarə edilməsi və nəhayət, informasiya texnologiyaları və mühəndislik. Bunun nəticəsində, Azərbaycan Diplomatik Akademiyası 2014-cü ilin yanvarında Prezident İlham Əliyevin Sərəncamı ilə “ADA” Universitetinə çevrildi. Bu gün 10 yaşımızı qeyd edərkən, deyə bilərəm ki, qarşımıza qoyduğumuz əsas məqsədlərimizə doğru inamla gedirik, Azərbaycanda təhsil sahəsində aparılan islahatlara öz töhfəmizi veririk.

“ADA” Universitetinin əldə etdiyi uğurlardan birinin də bu ali təhsil ocağında yaradılmış mühitin olduğunu vurğulayan rektor dedi:

-Sevinirəm ki, belə bir mühit - elmə və davamlı təhsilə, açıq müzakirələrə, fikir mübadiləsinə sövq edən bir məkan yarada bilmişik. Məzunlarımızın qeyd etdiyi fikirlə mən də razıyam – “ADA” icmasının üzvü olan hər kəs - istər müəllim, istər tələbə, istərsə də digər işçilər biri-birini ruhlandırır. Çünki bizim hamımız bir istək və bir məqsəd ətrafında birləşmişik - dürüstlük, şəffaflıq, akademik əxlaq, şərəf və məsuliyyətlə Vətənə xidmət.

Bu ali məqsədi əsas tutub “ADA”-da təhsil yolunu yekunlaşdıran məzunlarımızı təbrik edirəm və onlara gələcək işlərində uğurlar arzulayıram. Əminəm ki, həyat onları hara aparırsa aparsın, məzunlarımız “ADA” Universitetinin adını, onun dəyərlərini hər zaman layiqincə yaşadacaqlar.

Çıxışında valideynləri və müəllimləri təbrik edən Hafiz Paşayev vurğuladı:

- Müəllimlərimiz bizim üçün həmişə nümunə olublar. Onların peşəkarlığı, dünya görüşü, dəyərləri, Vətən sevgisi hər bir tələbənin aldığı başlıca dərsə çevrilir. Buradan fədakar müəllimlərimizə yeni nəslin yetişdirilməsində zəhmətlərinə görə dərin təşəkkürümü bildirirəm.

“Hər bir dövlətin və xalqın sabahı barədə təsəvvürü onun bugünkü gəncləri yaradır”, - deyən Hafiz Paşayev bildirdi: Bu mənada, biz tək elmli, bilikli və bacarıqlı deyil, vətəndaşlıq hissləri ilə seçilən məzunlar yetişdirməliyik. Bu gün “ADA” Universitetinin təsis etdiyi “Vətən Uğrunda” təqaüd proqramı da bu məqsədə xidmət edir. Proqramı dəstəkləyən bütün şirkətlərə və şəxslərə təşəkkürümü bildirmək istəyirəm. Bu gündən etibarən biz sizinlə Azərbaycanın sabahını qurmaqda tərəfdaşıq. Həmin Azərbaycanın ki, onu neçə-neçə oğulları öz canı-qanı bahasına qorumuşdur. İnanıram ki, bu təşəbbüsümüz daha da geniş dəstək qazanacaq və təqaüd proqramı ölkəmizin ən istedadlı gənclərini üzə çıxararaq onlara dünya səviyyəsində təhsil almaq imkanı verəcək. “ADA” yarandığı ilk gündən bizə etimad göstərən, yardım edən, bizə güvənən bütün tərəfdaşlarımıza və dostlarımıza buradan “Çox sağ olun” demək istəyirəm. Bugünkü nailiyyətlərimizdə sizin dəstəyinizin də payı var.

Məzunları bir daha təbrik edən professor Hafiz Paşayev çıxışını bu sözlərlə bitirdi:

-“ADA” Universiteti Prezidentimizin təhsil sahəsinə davamlı diqqəti nəticəsində mümkün olmuşdur. Müstəqilliyini bərpa edəndən sonra Azərbaycan öz təhsil sistemini xalqının tarixinə, mənəviyyatına və maraqlarına uyğun qurur. Biz həmişə yüksək savada, biliyə, elmə malik olan insanlarımızla, onların dünya elminə verdiyi töhfələrlə fəxr etmişik. XXI əsrdə Azərbaycan elminin nüfuzunu artırmaq məsuliyyəti bizim kimi təhsil ocaqlarının üzərinə düşür.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış etdi.

Məzunları, valideynləri, müəllimləri, tələbələri və mərasim iştirakçılarını salamlayan Mehriban Əliyeva dedi:

- On yaşı yenicə tamam olmuş “ADA” Universitetinin ilk bakalavr sinfi məzun olur. Belə bir əlamətdar gündə sizinlə bir yerdə olmağa çox şadam və məzunların hər birini səmimi qəlbdən salamlayıram.

Sizin həyatınızda yeni mərhələ başlayır. Sizə gələcək seçiminizdə, axtarışlarınızda uğurlar və nailiyyətlər arzulayıram. Şübhəsiz ki, bu gün aldığınız diplom çətin dərslərin, yuxusuz gecələrin, ağır imtahanların, illər boyu göstərdiyiniz səy və zəhmətin nəticəsidir. Bu barədə bu gün çıxış edən tələbələr də dedilər. Amma mən əminəm ki, tələbəlik illəri sizin qəlbinizdə çətinliklərlə yox, burada yaşadığınız xoş anlarla, əldə etdiyiniz nailiyyətlərlə, dostluq, həmrəylik, sağlam rəqabət və birlik hissləri ilə qalacaq. Qarşınızda uzun yol var və mən bu yolda sizə həm seçdiyiniz fəaliyyətinizdə, həm də şəxsi həyatınızda xoşbəxtlik və uğurlar arzulayıram. Bu gün sizin sevincinizi ailə üzvləriniz, valideynləriniz bölüşür. Təbii ki, hər bir valideynin arzusu övladını savadlı, bilikli, bacarıqlı, dəyərli vətəndaş kimi görməkdir. Mən də bir valideyn kimi, bu hissləri çox yaxşı anlayıram. Bu gün, əziz valideynlər, sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Hörmətli qonaqlar, “ADA” Universiteti ölkəmizdə fəaliyyət göstərən çoxsaylı ali təhsil məktəbləri arasında gənc olmasına baxmayaraq, qısa bir zamanda böyük nüfuz və hörmət qazanmış universitetdir. Bu gün “ADA” Universitetində tələbələrə verilən təhsilin səviyyəsi ən yüksək beynəlxalq standartlara uyğundur. Burada təhsil alan hər bir gəncin qarşısında ciddi tələblər, məsuliyyət durur. Eyni zamanda, universitetdə çox sərbəst və demokratik bir mühit yaradılıb. Müəllimlərlə tələbələr arasında sıx ünsiyyət var. Yeni ideyalar, axtarışlar dəstəklənir və alqışlanır.

“ADA” Universitetində təkcə azərbaycanlı gənclər və müəllimlər təhsil alıb, işləmir. Burada bizim gənclərimiz müxtəlif xalqların və müxtəlif mədəniyyətlərin nümayəndələri ilə birgə təhsil alırlar. Universitetdə 40-dan çox ölkəni təmsil edən tələbələr təhsil alır, professor, müəllim heyəti fəaliyyət göstərir. Siz, eyni zamanda, dünyanın aparıcı universitetlərində, ali məktəblərində təhsil alan və çalışan istedadlı Azərbaycan alimlərinin, gənclərinin ölkəmizə qayıtmasına nail olmusunuz. Bu universitetdə mövcud olan ab-hava Azərbaycanda əsrlər boyu qorunub saxlanılmış, dəstəklənmiş tolerantlıq, dostluq, qarşılıqlı hörmət, dözümlülük ənənələrinin davamıdır. Təbii ki, belə bir ab-havada təhsil alan gənclər dünyanın mədəni müxtəlifliyinə hörmətlə yanaşacaq və öz gələcək fəaliyyətində həm insanlararası, həm xalqlararası münasibətləri məhz qarşılıqlı hörmət əsasında quracaqlar.

Əziz dostlar, təhsil ocağınıza ilk gəlişimi çox yaxşı xatırlayıram. 2012-ci ildə dövlətimizin başçısı ilə bərabər biz universitetin yeni tədris kompleksinin açılışı mərasimində iştirak etmişdik. Mən çox şadam ki, Azərbaycan Diplomatik Akademiyası qısa bir zamanda sürətlə inkişaf edib. Burada bir sıra yeni fakültələr fəaliyyət göstərib. Biznesin idarə edilməsi, beynəlxalq münasibətlər, təhsilin idarə edilməsi, mühəndislik, informasiya texnologiyaları və nəhayət Akademiya “ADA” Universitetinə çevrilib.

Bu gün mən universitetin formalaşmasında, onun belə müasir, ən yüksək standartlara cavab verən təhsil ocağına çevrilməsində əməyi olan hər bir insana - burada çalışan müəllimlərə, alimlərə, professorlara, dosentlərə dərin minnətdarlığımı bildirirəm. Müəllimlik şərəf və ləyaqət sahibi olmaq, nəciblik və saflıq deməkdir. Bizim bütün nailiyyətlərimizdə müəllimlərimizin çox böyük payı vardır. Siz bizim ölkəmizin mənəvi və intellektual potensialısınız. Gənc nəslin mənəvi baxımdan sağlam böyüməsində, savadlı, bilikli, bacarıqlı vətəndaş kimi yetişməsində siz əsas rol oynayırsınız. Bir daha sizə ən xoş arzularımı çatdırmaq istəyirəm.

“ADA” Universitetinin rektoru, professor Hafiz Paşayevə dərin minnətdarlığımı və sonsuz hörmətimi çatdırmaq istəyirəm. Hafiz Paşayev ömrünün hər bir mərhələsində, çalışdığı hər bir vəzifədə Azərbaycanın maraqlarını hər şeydən üstün tutub. Onun istər siyasi, istər elmi, istər ictimai fəaliyyəti bir məqsədə - Azərbaycanın güclənməsinə, inkişafına xidmət edib. “ADA” Universitetinin yaradılmasında və bugünkü nailiyyətlərində onun rolu əvəzsizdir.

Əziz Hafiz müəllim, mən öz adımdan, universitetin bütün professor-müəllim heyəti və tələbələri adından sizi səmimi qəlbdən təbrik edir, sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram.

Əziz dostlar, hər bir millətin gücü onun təbii sərvətlərindən yox, ilk növbədə intellektual potensialından asılıdır. Mənəviyyatı zəngin, intellektual potensialı güclü olan millət, demək olar ki, artıq qalib millətdir. Müasir dünyaya nəzər salsaq görərik ki, o ölkələrdəki elmə, təhsilə, texnologiyalara diqqət var, bu sahələrdə inkişaf var, o dövlətlər, sözün əsl mənasında, inkişaf etmiş dövlətlərdir. Məhz buna görə də Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra bu sahəyə diqqət, təhsilin, elmin inkişafı dövlətimizin siyasətində prioritet istiqamətlərdən biri olub. Siz bilirsiniz ki, bu sahədə bir çox addımlar atılıb, islahatlar aparılır, dövlət proqramları həyata keçirilir. “ADA” Universitetinin fəaliyyəti də həmin bu islahatların nəticəsidir.

Təhsil sisteminə yatırılan sərmayələr ən səmərəli və özünü doğruldan investisiyalardır. Məhz buna görə Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən, ölkəmiz üçün strateji əhəmiyyət daşıyan layihələrin arasında təhsil sahəsinə aid olan layihələr də mövcuddur. Bildiyiniz kimi, Fondda toplanan vəsaitlər Azərbaycan və bütövlükdə bölgə üçün çox önəmli əhəmiyyət daşıyan enerji, nəqliyyat, infrastruktur layihələrinə xərclənir. O cümlədən Fondun maliyyə dəstəyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlər üçün müasir yaşayış kompleksləri tikilir. Eyni zamanda, Dövlət Neft Fondu “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı maliyyələşdirir. Minlərlə istedadlı azərbaycanlı tələbə dünyanın ən aparıcı universitetlərində təhsil alıb və yüksək peşəkarlığa sahib olub. Onlar gələcəkdə Azərbaycana, Azərbaycanın inkişafına xidmət edəcəklər.

Müstəqil Azərbaycanın son illərdə qazandığı nailiyyətlər bütün dünyaya məlumdur. Biz çox açıq ölkəyik və bu illər ərzində - tarix baxımından heç də uzun müddət olmayan zaman kəsiyində qazanılmış nailiyyətlərimizlə fəxr edə bilərik. Davamlı iqtisadi artımın, - bilirsiniz ki, son on il ərzində Azərbaycan iqtisadi artım göstəricilərinə görə dünyada bir nömrəli ölkədir, - uğurlu sosial siyasətin, regionların inkişafı proqramlarının və digər sahələrdə aparılan islahatların nəticələrini biz bu gün görürük, yaşayırıq.

Ölkəmizin beynəlxalq nüfuzu ildən-ilə artmaqdadır. Bilirsiniz ki, artıq bizim paytaxtımız dünya üçün əhəmiyyət daşıyan bir çox mühüm forumlara, görüşlərə ev sahibliyi edir. Azərbaycan bu mövzuda öz sözünü deyir. Azərbaycan bu gün beynəlxalq aləmdə öz sözünü deyən və öz maraqlarını qoruyan bir ölkə kimi tanınır. Ölkəmizin beynəlxalq nüfuzunu təsdiqləyən fakt kimi Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini və Şuraya sədrlik etməsini göstərmək olar.

Biz sülhsevər, qonaqpərvər və mərhəmətli bir xalqıq. Biz mədəniyyətimizə, tariximizə, ənənələrimizə çox böyük hörmətlə yanaşırıq. Biz öz ənənələrimizi, mədəniyyətimizi, dilimizi bütün çətinliklərə baxmayaraq qoruyub saxlamışıq. Eyni zamanda, biz dünyanın mədəni müxtəlifliyinə çox böyük hörmətlə yanaşırıq. Bilirsiniz ki, əsrlər boyu Azərbaycanda müxtəlif dinlərin və etnik qrupların nümayəndələri bir ailə kimi sülh, dostluq və hörmət şəraitində yaşayıblar. Bu gün də biz çoxmillətli, çoxkonfessiyalı ölkəyik və bu, bizim ən böyük sərvətlərimizdən biridir.

Bizim heç bir başqa dövlətin torpağında, yaxud mədəni irsində gözümüz yoxdur. Biz yalnız öz torpağımızı, öz müstəqilliyimizi qorumaq istəyirik. Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün hər birimiz oxuduğumuz, işlədiyimiz yerdə tam gücümüzlə çalışmalıyıq.

Bildiyiniz kimi, aprelin əvvəllərində bizim mərd övladlarımız Vətən yolunda şəhid olublar. Onların qəhrəmanlığı hesabına əldə edilən uğurlar hər bir azərbaycanlının ürəyini qürur hissi ilə doldurdu. Bütün millət ruh yüksəkliyini hiss etdi. Şəhid olan bütün övladlarımız Azərbaycan xalqının qəlbində və Azərbaycanın tarixində daim yaşayacaq. Onların ailəsinə yardım etmək Azərbaycan dövlətinin ən başlıca vəzifəsidir və bu sahədə dövlət tərəfindən bütün lazımi tədbirlər görülür. Amma bizim hər birimiz, bütün cəmiyyətimiz bu insanların ailələrinə, analarına, atalarına, bacılarına, qardaşlarına dəstək olub yardım etməliyik.

Biz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canlarını qurban verən qəhrəmanlarımızın əziz xatirəsi qarşısında baş əyirik. Onlar heç zaman unudulmayacaq. Bu baxımdan bu gün “ADA” Universitetinin təsis etdiyi “Vətən Uğrunda” təqaüd proqramı çox önəmli bir təşəbbüsdür və alicənab addımdır. İnanıram ki, sizin bu təşəbbüsünüz cəmiyyətimizdə geniş dəstək qazanacaq.

Əziz gənclər, sonda mən bir daha sizi səmimi qəlbdən təbrik edirəm. Sizi ölkənizlə fəxr etməyə, vətəndaşlığınızla qürur duymağa çağırıram. Azərbaycanın gələcəyi sizin əlinizdədir. Vətən uğrunda mübarizəmiz davam edir. Haqq və ədalət bizim tərəfdədir, qələbə də bizim olacaq. Yaşasın Azərbaycan! Çox sağ olun.

X X X

Tədbirdə Müslüm Maqomayevin “Azərbaycan” mahnısı səsləndi.

Mərasim atəşfəşanlıqla yekunlaşdı.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezidenti İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

Ağdamda əmək yarmarkası təşkil olunacaq

Rusiya Baş Prokurorluğu ölkədə təxribat və terror aktları riskinin artmasını xəbər verib

Dünyanın qəbul etdiyi Azərbaycan həqiqəti ŞƏRH

QSC əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimələnib

Prezident: COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür

Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir

Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb

Prezident İlham Əliyev: Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır

Qırğızıstanın iki vilayətində daşqınla əlaqədar fövqəladə vəziyyət elan edilib

Sumqayıt rəssamları Şuşaya səfər ediblər

Azərbaycan və Çexiya arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib

Prezident İlham Əliyev: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

İstanbulun “Vision Art Platform”u Aida Mahmudovanın “Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgisinə ev sahibliyi edir

Azərbaycan Prezidenti: Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq

MEK Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb

Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq

Fərid Cəfərov: Azərbaycanın son illərdə dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanıdılmasının şahidi oluruq VİDEO

BAM-ın veteranı Yuri Verbitski: Bir rəhbər kimi, biz Heydər Əliyevə minnətdarıq

Ağasəlim Mircavadov: “Zirə” gümüş medallara əsas namizəddir, “Turan Tovuz” avrokuboklara hazır deyil

İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib

Azərbaycan Prezidenti: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var