Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun təşkilində fərqlənmiş şəxslərin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun təşkilində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Eyvazzadə Vasif Rasif oğlu

“Tərəqqi” medalı ilə

Məlikov Cəlil Bəhram oğlu

Məmmədova Nuriyyə Lətif qızı

Şixəmmədov Vüqar Nurməmməd oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

İbrahimova Xanım Məmməd qızı.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 may 2016-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin