Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycanın dini tolerantlıq və birgə yaşayış modeli London konfransının müzakirə mövzusu olub VİDEO

London, 17 may, AZƏRTAC

Britaniyada fəaliyyət göstərən “Faith Matters” təşkilatı tərəfindən Londonda “Azərbaycanın dini tolerantlıq və birgə yaşayış modeli” mövzusunda konfrans keçirilib.

Konfransda Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə və ənənəvi dini konfessiyaların başçıları – Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı dağ yəhudiləri dini icmasının başçısı Milix Yevdayev təmsil ediblər.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Azad Məmmədov konfransda iştirak ediblər.

Konfransı açan “Faith Matters” təşkilatının sədri Fiyaz Muğal Azərbaycandakı dini tolerantlıq mühitindən danışıb. O, Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin dostluq və mehribanlıq şəraitində birgə yaşadıqlarını və bu təcrübənin Britaniyada və digər ölkələrdə öyrənilməsinin əhəmiyyətini vurğulayıb.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə ölkəmizin multikultural və mədəni baxımdan zəngin ənənələrə malik olduğunu bildirib. Səfir deyib ki, Azərbaycan dini baxımdan da zəngin bir ölkədir. Şərq ilə Qərbin arasında yerləşən ölkəmiz əsrlər boyu müxtəlif dinlərə mənsub insanların vətəni olub. Tarixə nəzər saldıqda, ən qədim zamanlardan indiki dövrə qədər bu ərazidə müxtəlif xalqların və dinlərin nümayəndələri sülh şəraitində birgə yaşayıblar. Həmin müxtəliflik və zənginlik hazırda da davam edir. Azərbaycanın tarixi memarlıq abidələrinə, arxitektura nümunələrinə baxdıqda əsrlər boyu bu ərazidə yaşamış müxtəlif xalqların və dinlərin izlərini bariz şəkildə görmək mümkündür. Bu konfransda iştirak edən nümayəndə heyəti də Azərbaycanda yaşayan dini-etnik qurumların müxtəlifliyini bir daha sübut edir. Azərbaycan hökuməti ölkədə bu zənginliyi qoruyub saxlamağa həmişə böyük diqqət yetirib. Bildirilib ki, dini və mədəni zənginliyimizə olan münasibətimizin ən gözəl göstəricilərindən biri torpaqlarımızın 20 faizini işğal edən, həmvətənlərimizi qaçqın və məcburi köçkün vəziyyətinə salan Ermənistan ilə müharibə şəraitində olmağımıza baxmayaraq, Bakının mərkəzində erməni kilsəsinin dini və mədəni abidə kimi qorunub saxlanılmasıdır. Eyni zamanda, Azərbaycanda müsəlmanlar, xristian və yəhudi icmasının nümayəndələri əsrlər boyu mehribanlıq, dostluq, qardaşlıq şəraitində birgə yaşayıblar və yaşamaqda davam edirlər. Qeyd olunub ki, bölgənin iqtisadi, siyasi və sosial təhlükəsizliyi üçün bu birlik böyük əhəmiyyət daşıyır.

Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev deyib: “Dünya siyasətçiləri, elm və mədəniyyət xadimləri çox zaman belə bir sualla müraciət edirlər: necə olur ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri, ruhani başçıları bir-biri ilə bu cür səmimi və xeyirxah qardaşlıq münasibəti şəraitində yaşaya bilirlər?! Cavab budur: Azərbaycanın zəngin tolerantlıq ənənələrinə Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı! Bəli, məhz Prezident İlham Əliyevin müxtəlif din xadimlərinə eyni səmimi münasibəti, eyni diqqət və qayğısı onların dövlətə və bir-birinə səmimi münasibətini formalaşdıran həm insani, həm də siyasi səbəbdir. Bunun isə əsasında ulu öndər Heydər Əliyevin şəxsi nümunəsi durur. Siyasi və insani varislik bu şəkildə öz təntənəsini yaşayır. Prezident İlham Əliyev daim qeyd edir ki, multikulturalizm vətənimizdə özünəməxsus həyat tərzinə çevrilib. Eyni zamanda, multikulturalizm dövlət siyasətinin əsas xətti kimi dünya ölkələrinin də xüsusi marağına səbəb olur və biz bu sahədəki təcrübəmizi hamı ilə bölüşməyə hazırıq. Azərbaycan multikulturalizmi həm siyasi, həm sosial təcrübəsi ilə bəşəri dəyərlər sisteminə bu gün çox şey verə bilər”.

Azərbaycanda multikultural təhlükəsizliyin prinsiplərindən bəhs edən dövlət müşaviri ölkəmizdə mövcud olan dini müxtəlifliyin qorunmasına yönəlmiş dövlət qayğısını nümunə göstərərək vurğulayıb: “Azərbaycan öz multikulturalizm modelinin elmi və təcrübi nümunəsini bu gün dünya miqyasında həyata keçirməyə hazırdır. Biz bu fenomeni öyrənmək istəyənlər üçün istər Azərbaycanda, istərsə də dünyanın ən müxtəlif elm, mədəniyyət ocaqlarında hər bir şəraiti yaratmağa hazırıq və bunu əzmlə edəcəyik”.

Dövlət müşaviri Kamal Abdullayev vurğulayıb ki, müxtəlif dini icmaların qorunub saxlanılmasında dövlət qayğısı ilə yanaşı, cəmiyyət tərəfindən verilən dəstək də mühüm rol oynayır. Azərbaycan cəmiyyəti dünyəvi dəyərlərə, bəşəri ideallara köklənmiş, başqa dini dəyərlərə öz hörmətini göstərən və qoruyan bir cəmiyyətdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən Kamal Abdullayev Azərbaycanın beynəlxalq qurumların münaqişə ilə bağlı qəbul etdiyi qərarlara hörmətlə yanaşdığını və məsələnin tezliklə sülh yolu həll edilməsinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

Şeyxülislam Allahşükür Paşazadə konfransın təşkilinə yaxından dəstəyinə görə “Faith Matters” təşkilatına və ölkəmizin Böyük Britaniyadakı səfirinə təşəkkür edib. Britaniya ictimaiyyətinə səmimi salamlarını çatdıran şeyxülislam ölkələrimiz arasındakı qarşılıqlı münasibətlərin daha da inkişaf etməsini diləyib. Şeyxülislam söyləyib ki, bu cür səfərlər münasibətlərin inkişafına töhfəsini verəcək.

Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan şeyxülislam Allahşükür Paşazadə ali mənəviyyat mənbəyimiz olan dinimizə ulu öndər Heydər Əliyevin diqqət və qayğısından danışıb. QMİ-nin sədri bildirib ki, məhz ümummilli lider Heydər Əliyev müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanda dini mədəniyyətin, tolerantlıq və dinlərarası dialoqun proqram əsaslarının təməlini qoyub. Məscid, kilsə və sinaqoqların böyük qayğı ilə tikilib bərpa olunduğu, bütün ənənəvi dini icmaların maddi-mənəvi cəhətdən dəstəkləndiyi Azərbaycanda multikultural həyat tərzi hökm sürür. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

A.Paşazadə Azərbaycanda dini dözümlülük ənənələrindən danışaraq deyib ki, ölkəmizdə müxtəlif konfessiyaların və icmaların nümayəndələri uzun əsrlər boyu dinc yanaşı yaşayıblar və yaşayırlar. Heç vaxt Azərbaycanda dini zəmində münaqişələr müşahidə olunmayıb. Azərbaycan dinlər arasında münasibət və tolerantlıq baxımından bütün dünyaya nümunədir.

Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açan şeyxülislam ölkəmizin bu problemin sülh yolu ilə həllinin tərəfdarı olduğunu söyləyib, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən tarixi, dini, mədəni abidələrin məhv edildiyini diqqətə çatdırıb.

Şeyxülislam multikultural və dini tolerantlıq mühitini öz gözləri ilə görmələri üçün konfrans iştirakçılarını Azərbaycana dəvət edib. Çıxışının sonunda şeyxülislam bayramları münasibətilə xristian və yəhudi icmasını təbrik edib, müsəlmanlara qarşıdan gələn Ramazan bayramı münasibətilə xoş arzularını çatdırıb. QMİ-nin sədri Britaniya xalqını Kraliça II Elizabetin 90 illik yubileyi münasibətilə təbrik edib.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein müxtəlif dinlərin və millətlərin nümayəndələrinin Azərbaycanda sülh, qarşılıqlı hörmət və həmrəylik şəraitində yaşadıqlarını qeyd edib. Diqqətə çatdırıb ki, xristianlar əhalinin az bir hissəsini təşkil etsə də bu dinin bütün məzhəblərinin nümayəndələri Azərbaycanda təmsil olunurlar. Azərbaycanda dünyəvilik dövlət və konstitusiya səviyyəsində dəstəklənir. Azərbaycanda xristianlar yüksək səlahiyyətli qurumlar və idarələr daxil olmaqla bütün dövlət vəzifələrində təmsil olunurlar.

Azərbaycanda fərqli dinlərə mənsub insanlar arasında çoxsaylı nikahların olduğunu deyən arxiyepiskop qeyd edib ki, ölkə parlamentində, ali təhsil müəssisələrində müxtəlif millətlərin nümayəndələri ortaq maraqlarla çalışırlar. Bütün bunlar Azərbaycanda dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafından xəbər verir.

BBMM-in icraçı direktoru, professor Azad Məmmədov bildirib ki, ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində multikulturalizm Azərbaycanda mühüm prioritetlərdən birinə çevrilib. Multikultural cəmiyyətimiz bizim əsas üstünlüklərimizdən biridir. Biz bunları dəyərləndirir və qoruyuruq. Prezident İlham Əliyev multikultural cəmiyyət modelini yeni dəyərlərlə zənginləşdirir. Eyni zamanda, Heydər Əliyev Fondu tolerantlıq və multikulturalizm ənənələrinin davam etdirilməsində çox böyük işlər görür. Fond bu istiqamətdə uğurlu layihələr həyata keçirir, multikulturalizmi ölkəmizin sərhədlərindən kənarda təbliğ edir.

Bakı dağ yəhudiləri dini icmasının başçısı Milix Yevdayev yəhudilərin Azərbaycanda məskunlaşmasının 2000 ildən çox tarixi olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanda həmişə yəhudilərə doğma münasibət olub və həmin münasibət bu gün də davam edir. Digər konfessiyaların nümayəndələri kimi, yəhudi icmasının nümayəndələri də öz dini ayinlərini və adət-ənənələrini azad şəkildə həyata keçirirlər. Azərbaycanda antisemitizm əlamətləri heç vaxt müşahidə olunmayıb. Azərbaycan hökumətinin təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda müasir tələblərə cavab verən yeni sinaqoq binası inşa edilərək dağ yəhudilərinin ixtiyarına verilib.

M.Yevdayev bildirib ki, Azərbaycan bütün dünya üçün gözəl tolerantlıq nümunəsidir. Azərbaycan öz müsbət nümunəsi ilə müsəlmanların, yəhudilərin və xristianların sülh və qarşılıqlı hörmət şəraitində dinc yanaşı yaşamaq imkanlarını sübuta yetirir.

Çıxışını Azərbaycanda dağ yəhudilərinin gündəlik həyatına həsr edən M.Yevdayev bildirib ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə sinaqoq tikilərək dağ yəhudilərinə hədiyyə edilib. Antisemitizm təzahürləri bütün dünyanı bürüsə də Azərbaycanda heç vaxt müşahidə olunmayıb. Hazırda Azərbaycanda 7 sinaqoq, iki yəhudi orta məktəbi, üç uşaq bağçası, “İşiva” adlı kollec fəaliyyət göstərir.

Daha sonra konfrans iştirakçılarının sualları cavablandırılıb.

Konfrans çərçivəsində QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə ilə Britaniyanın Yerli İdarəçilik və İcmalar Nazirliyinin rəsmisi Sally Sealey və bu ölkənin yəhudi icmasının deputat heyətinin prezidenti Conatan Arkuş arasında ikitərəfli görüşlər keçirilib.

Görüşlərdə Britaniya və Azərbaycanın multikulturalizm, dini tolerantlıq mövzularında təcrübələri bölüşdürülüb, antisemitizm, ksenofobiya və s. mövzularda müzakirələr aparılıb.

Tədbirdən sonra QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan nümayəndə heyəti adından Böyük Britaniyadakı səfirliyimizə hədiyyə təqdim edib.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

Azərbaycanın dini tolerantlıq və birgə yaşayış modeli London konfransının müzakirə mövzusu olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir