Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Parisdə fəaliyyət göstərən DATAR-ın üzvləri Azərbaycan haqqında məlumatlandırılıblar

Paris, 20 may, AZƏRTAC

Mayın 19-da Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Fransanın Ərazi Planlaşdırılması və İnkişafı, Regional Cəlbedicilik Nazirliklərarası Komitəsinin (DATAR) inzibati şurasının iclası keçirilib.

Şuranın iclasından sonra Azərbaycan barədə video nümayiş etdirilib. Nümayişdən sonra Fransadakı səfirimiz Elçin Əmirbəyov iştirakçılara ölkəmiz haqqında geniş məlumat verib.

Ölkəmizin tarixindən danışan diplomat XIX əsrin əvvəllərində Azərbaycanın geosiyasi dəyişikliklər nəticəsində regionun böyük dövlətləri arasında iki yerə bölündüyünü diqqətə çatdırıb. Böyük İpək yolu üzərində yerləşən ölkəmizin sivilizasiyalar arasında körpü rolu oynadığı vurğulanıb. Zəngin dövlətçilik tarixinə malik Azərbaycanın milli dəyərlərə önəm verdiyi qeyd olunub.

Bildirilib ki, 1918-ci ildə müsəlman dünyasında ilk demokratik respublika və dünyəvi dövlət olan Azərbaycan Şərqdə milli parlamentin yaranması, insan hüquq və azadlıqlarının təminatı, qadınlara səsvermə hüququnun verilməsi kimi müasir Avropa dəyərlərinin tətbiq edildiyi ilk ölkə olub.

Sovet İttifaqının süqutundan sonra yenidən öz müstəqilliyini bərpa edən Azərbaycan ilk illərdə siyasi, iqtisadi və sosial çətinliklərlə üzləşib, iqtisadi böhran, yüksək inflyasiya, Ermənistan tərəfindən elan edilməmiş müharibə ilə qarşılaşıb. Ermənistanın ölkəmizə qarşı apardığı hərbi təcavüz nəticəsində ərazilərimizin beşdə biri işğal olunub. Ancaq üzləşdiyi çətinliklərə baxmayaraq, Azərbaycan 1996-cı ildən siyasi sabitliyini bərpa edib, siyasi və iqtisadi sahədə islahatlar aparıb. 2001-ci ildə Avropa Şurasına üzv və Avropa İttifaqının tərəfdaşı olan ölkəmiz demokratiya və Avropa dəyərlərinə inteqrasiya yolunu seçib.

Müstəqilliyinin ikinci onilliyi iqtisadi inkişafla yadda qalan Azərbaycan dinamik iqtisadiyyatı ilə diqqəti cəlb edib. Aparılan neft strategiyası və islahatlar sayəsində 2004-2010-cu illərdə ölkəmizin iqtisadiyyatı üç dəfə, ümumi daxili məhsulun həcmi isə iki dəfə artıb. Karbohidrogen ehtiyatlarına, eləcə də geosiyasi mövqeyinə görə Azərbaycanın dünya ölkələrinin diqqətini cəlb etdiyi bildirilib.

Neft ehtiyatları, eləcə də iqtisadiyyatın şaxələndirilməsi və müasirləşdirilməsi sayəsində ölkəmiz qısa müddətdə iqtisadi tərəqqiyə nail olub. Artıq bir neçə ildir ki, Azərbaycan qeyri–neft sektorunun, xüsusilə də infrastrukturun, nəqliyyat, kommunikasiya və informasiya texnologiyaları sahələrinin inkişafına önəm verir. Azərbaycan regionda kommunikasiya peykinə malik yeganə ölkədir. Ölkəmiz bu sahədə Fransa ilə əməkdaşlıq edir.

Diqqətə çatdırılıb ki, 2012-2013-cü illərdə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub.

Dini tolerantlığın hökm sürdüyü ölkəmizin son illərdə mədəniyyətlər və dinlərarası dialoq platformasına çevrildiyi, əhalisinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, burada bütün dinlərin nümayəndələrinin dostluq və qarşılıqlı hörmət şəraitində yaşadığı vurğulanıb.

Qeyd edilib ki, aprel ayının sonunda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edən Bakıda iyun ayında “Formula-1” üzrə Avropa Qran-pri yarışları keçiriləcək.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan diplomat torpaqlarımızın 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğal olunduğunu bildirib. Bu işğal nəticəsində bir milyondan çox azərbaycanlının doğma yurdundan didərgin düşdüyü, hazırda qaçqın və məcburi köçkün vəziyyətində yaşadığı diqqətə çatdırılıb.

Bildirilib ki, BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar bu işğal faktını beynəlxalq hüququn pozulması kimi tanıyır. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən dörd qətnamə qəbul edib.

Fransa münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupuna ABŞ və Rusiya ilə birlikdə həmsədrlik edir. Azərbaycan Fransanın bu istiqamətdəki səylərini yüksək qiymətləndirir.

Qoşunların təmas xəttində ermənilərin törətdiyi son təxribatlara toxunan səfir deyib ki, belə hadisələr mövcud status-kvonun qəbuledilməz olduğunu bir daha təsdiqləyir. Münaqişənin yeganə ədalətli həlli beynəlxalq hüququn prinsiplərinə riayət etməkdir. Buna görə də beynəlxalq ictimaiyyət Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etməsi üçün səfərbər olmalıdır.

Diplomat iki gün əvvəl Vyanada keçirilən sammitin danışıqlar prosesinin bərpasına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Azərbaycanın Fransa ilə çoxtərəfli əlaqələrə böyük əhəmiyyət verdiyi diqqətə çatdırılıb, son illərdə iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin inkişafından danışılıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinin yerləşdiyi binada əvvəllər DATAR dərnəyi fəaliyyət göstərib. Bu dərnəyin üzvləri sabiq nazirlər, parlamentarilər, böyük sənaye qruplarının baş direktorları, maliyyə müəssisələrinin rəhbərləridir. Nostalji duyğularla dolu iştirakçılar binaya baş çəkib və yaradılan şəraitlə tanış olublar. Onlar aparılan yenidənqurma işlərindən sonra binanın tanınmaz dərəcədə dəyişdiyini, nəfis və möhtəşəm olduğunu vurğulayıblar. Azərbaycan haqqında eşitdiklərini müzakirə edərək ölkəmizə səfər etmək arzusunda olduqlarını bildiriblər.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda "Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” adlı XI beynəlxalq konfrans keçirilir

Xətai rayonunda qətl törədilib

Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək

ABŞ dövlət istiqrazlarının gəlirliliyi geosiyasi risklərə görə azalır

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb