İDMAN
29 MAY
1918-ci il. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Antanta dövlətlərinin təzyiqi ilə qədim Azərbaycan şəhəri olan İrəvanı ətrafındakı təqribən 9,5 min kvadratkilometr torpaqla birlikdə ermənilərə güzəştə gedib. Bununla da Şimali Azərbaycan torpağında - keçmiş İrəvan xanlığının ərazisində erməni dövləti yaradılıb.
Xatırladaq ki, Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən, çar Rusiyası İran və Osmanlı imperiyası ərazisində yaşayan ermənilərin kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına, əsasən İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazisinə və indiki Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrinə köçürülməsinə başlayıb. 1828-ci il fevralın 26-dan iyunun 11-dək İrandan İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisinə 8249 erməni ailəsi (40 min nəfər), bundan az sonra isə Osmanlı dövləti ərazisindən Şimali Azərbaycan torpaqlarına 90 min nəfərdən çox erməni köçürülüb.
1453-cü il. Osmanlı padşahı Fatih Sultan Mehmet İstanbulu fəth edib. Bununla da Bizans İmperatorluğuna son qoyulub.
1917-ci il. ABŞ-ın 35-ci Prezidenti Con Kennedinin doğum günü (1917-1963). Demokratlar partiyasının namizədi olan C.Kennedi 1961-1963-cü illərdə Birləşmiş Ştatlara prezidentlik edib. 1963-cü il dekabrın 22-də sui-qəsd nəticəsində öldürülüb.
1963-cü il. Pakistanda güclü qasırğa baş verib. Təbii fəlakət nəticəsində 10 min nəfər həyatını itirib.