Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Akademik Vəli Axundovun 100 illik yubileyi qeyd olunub VİDEO

Bakı, 31 may, P.İmanova, AZƏRTAC

Mayın 31-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli alim, ictimai-siyasi və dövlət xadimi, akademik Vəli Axundovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbirin “Akademik Vəli Axundovun 100 illik yubileyinin keçirilməsi haqqında” Prezident İlham Əliyevin 2016-cı il 15 yanvar tarixli Sərəncamına əsasən təşkil olunduğunu söyləyib, görkəmli alimin həyatı, ictimai-siyasi və elmi fəaliyyəti barədə danışıb.

Akademik A.Əlizadə bildirib ki, V.Axundov dövlət xadimi olmaqla yanaşı, həm də elmi-təşkilati və tibbi-nəzəri istiqamətləri özündə birləşdirən çoxşaxəli fəaliyyət göstərib, XX əsrin Azərbaycan elmi-ictimai düşüncəsinin təşəkkülündə və inkişafında müstəsna rol oynayıb.

AMEA-nın rəhbəri alimin 1949-1952-ci illərdə Azərbaycan səhiyyə nazirinin müavini, 1952-1953-cü illərdə Bakı Vilayəti səhiyyə şöbəsinin müdiri, 1953-1954-cü illərdə Azərbaycan KP MK-da inzibati, ticarət-maliyyə və plan orqanları şöbəsi müdirinin müavini vəzifələrində çalışdığını diqqətə çatdırıb. V.Axundovun fəaliyyətinə dövlət səviyyəsində daim yüksək qiymət verildiyi qeyd edilib.

Akademik A.Əlizadə 1996-cı ildə alimin 80 illiyinə həsr olunan yubiley yığıncağında ümummilli lider Heydər Əliyevin şəxsən iştirak etdiyini xatırladıb, Ulu Öndərin akademik V.Axundovun Azərbaycan tarixindəki roluna ən obyektiv qiymət verdiyini söyləyib. Vurğulanıb ki, V.Axundov dövlət xadimi olmaqla yanaşı, eyni zamanda, görkəmli elm xadimi idi. O, hansı vəzifədə çalışmasından asılı olmayaraq elmlə əlaqəsini kəsməyib, elmi tədqiqatlarını uğurla davam etdirib. Görkəmli alim 1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü və vitse-prezidenti seçildikdən sonra isə özünü elmə həsr edib.

Sonra AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanovun V.Axundovun elmi və ictimai-siyasi fəaliyyəti barədə məruzəsi dinlənilib. Qeyd edilib ki, uzun illər dövlət idarəçiliyi sahəsində ən məsul vəzifələrdə çalışan V.Axundov təqdirəlayiq fəaliyyət göstərib və tibb alimi kimi respublikada səhiyyə işinin təşkilinə töhfələr verib. 1954-cü ildə Vəli Axundovun Azərbaycanın səhiyyə naziri vəzifəsində çalışdığı müddətdə bu sahədə mühüm addımlar atılıb, ciddi irəliləyişlər əldə edilib. Azərbaycan tibb təhsili sisteminin, tibb elminin müharibədən sonrakı problemlərinin aradan qaldırılmasına və bu sahələrdə islahatlar aparılmasına hər zaman böyük diqqət göstərib. Alim respublikada səhiyyənin səmərəsinin artırılması, əhalinin sağlamlığının qorunması istiqamətində əvəzsiz işlər görməklə səhiyyənin ən bacarıqlı təşkilatçılarından biri olduğunu sübut edib.

Tədbirdə professor Musa Qasımlı V.Axundovun ictimai-siyasi fəaliyyətindən danışıb. Professor 1918-ci ildən 2005-ci ilədək olan dövrdə respublikada hökumətə rəhbərlik etmiş şəxslərin bioqrafiyasından bəhs edən “Azərbaycan baş nazirləri” kitabı üçün materiallar toplayarkən V.Axundova dair rast gəldiyi bir sıra məxfi arxiv sənədləri ilə tanış olduğunu bildirib. Bu sənədlərdə həmin illərin ictimai-siyasi vəziyyətinə baxmayaraq Ermənistanın əsassız ərazi iddialarına qarşı V.Axundovun münasibəti və digər bu kimi tarixi faktların əksini tapdığı qeyd edilib. Diqqətə çatdırılıb ki, mürəkkəb situasiyaların baş verdiyi bir dövrdə respublikaya rəhbərlik etmək asan məsələ deyildi. Biliyinə, zəkasına və idarəetmə qabiliyyətinə görə V.Axundov bu çətin işin öhdəsindən gələrək on il respublikaya rəhbərlik edib.

Akademik Vəli Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu direktorunun müavini, professor Həqiqət Qədirova alimin respublikada yoluxucu xəstəliklərlə mübarizə məsələlərinin araşdırılması, torpaqların sanitar-gigiyenik tədqiqinə dair xidmətlərindən danışıb. Vurğulanıb ki, Vəli Axundovun elmi əsərlərinin çoxu ətraf mühit gigiyenasının müxtəlif məsələlərinə həsr olunub. Alimin Elmi Tədqiqat Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun direktoru olduğu müddətdə elmi informasiyanın işlənməsi, kadr hazırlığı və digər sahələrdə inqilabi dəyişikliklər baş verib. Onun rəhbərliyi ilə institutda çoxlu sayda fəlsəfə və elmlər doktoru dissertasiyaları müdafiə olunub.

Akademik Məmməd Salmanov, professor İbadulla Ağayev və digər çıxış edənlər V.Axundovun tibb sahəsinin inkişafındakı xidmətlərindən, yüksək insani keyfiyyətlərindən söz açıb, akademiklə bağlı xatirələrini bölüşüblər.

Alimin qızı Nigar Axundova atasının xatirəsinə göstərilən yüksək hörmət və ehtirama görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

N.Axundova, həmçinin tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.

Sonda görkəmli akademikə həsr edilən film nümayiş olunub.

Akademik Vəli Axundovun 100 illik yubileyi qeyd olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq