Cəlilabadda bələdiyyə komandaları arasında futbol üzrə rayon birinciliyi yekunlaşıb
Cəlilabad, 3 iyun, Bağır Əliyev, AZƏRTAC
Cəlilabadda ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş bələdiyyə komandaları arasında futbol üzrə rayon birinciliyi başa çatıb.
AZƏRTAC xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyəti, rayon gənclər və idman idarəsi, “Məhsul” Kənd Könüllü İdman Cəmiyyətinin Cəlilabad rayon Şurasının birgə təşkilatçılığı ilə aprelin 30-dan startı verilən birincilikdə 12 komanda mübarizə aparıb.
Rayon birinciliyinin final oyununda Üçtəpə və Uzuntəpə kənd bələdiyyələrinin komandaları qarşılaşıblar. Oyunu 3:1 hesabı ilə başa vuran “Üçtəpə” komandası birinciliyin qalibi olub.
Qaliblər kubok, diplom, medal və idman geyimləri ilə mükafatlandırılıb.
Mükafatçıları təbrik edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [21:29]
Ağdama qayıdan sakinlər: Bu günü çox gözləmişik VİDEO
- 30.10.2026 [20:45]
Naxçıvanda “Zəfərimizin sədaları” musiqi əsərləri müsabiqəsi elan olunur
- 30.10.2026 [20:36]
Oğuzda yaşayan azsaylı xalqlarla bağlı tədbir olub VİDEO
- 30.10.2026 [19:58]
Cəlilabadda üç avtomobil toqquşub, iki nəfər xəsarət alıb
- 30.10.2026 [19:25]
Şahbuzda elektrik enerjisinin verilişi dayandırılacaq
- 30.10.2026 [18:50]