Masallıda bələdiyyə üzvləri və qulluqçuları üçün hüquqi maarifləndirmə kursu keçirilib
Masallı, 6 iyun, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Ədliyyə Akademiyasının və Lənkəran regional ədliyyə şöbəsinin təşkilatçılığı ilə cənub bölgəsində fəaliyyət göstərən bələdiyyə üzvləri və qulluqçuları üçün hüquqi maarifləndirmə kursu keçirilib.
AZƏRTAC xəbər verir ki, Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan bələdiyyə üzvü və qulluqçularının iştirak etdiyi kursda Ədliyyə Akademiyasının əməkdaşları “Bələdiyyə qulluqçularının etik davranış məsələləri”, “Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması”, “Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin tətbiqi və bələdiyyə torpaqlarının idarə edilməsi məsələləri” və “İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları” mövzularında çıxış ediblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [19:27]
Zaqatalada irsi qan xəstəliklərindən əziyyət çəkənlər üçün xeyriyyə aksiyası
- 21.05.2026 [19:22]
Doğma yurda qayıdan sakinlər Ağdam Sənaye Parkında işlə təmin olunurlar
- 21.05.2026 [19:07]