İQTİSADİYYAT


Bakı treki beynəlxalq mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib

Bakı, 18 iyun, AZƏRTAC

Bakıda ilk dəfə keçirilən Formula-1 Avropa Qran-pri yarışları ilə bağlı beynəlxalq təcrübə dəqiqliklə öyrənilib.

AZƏRTAC xəbər verir ki, bunu Bakı trekinin inşasını həyata keçirən AzVirt MMC-nin rəhbəri Kamil Əliyev deyib. “Bu çox çətin və şərəfli iş idi. Biz elə yol çəkməli idik ki, həm ictimai nəqliyyatın tələblərinə uyğun olsun, həm də yarış iştirakçılarını qane etsin”.

Qeyd olunub ki, tikinti müddətində tələb olunan norma və tələblərə tam riayət edilib. Qarşıdakı illərdə də servis xidmətlərini AzVirt MMC reallaşdıracaq. Yollara asfalt çəkilərkən müasir nəzarət cihazlardan istifadə edilib və beynəlxalq mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.