Azərbaycan Dövlət İnformasiya Agentliyi

Göyçayda insan hüquqları ilə bağlı Milli Fəaliyyət Proqramının icrası müzakirə edilib

Göyçay, 20 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin qarşıda duran vəzifələrlə bağlı insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın iştirakı ilə iyunun 20-də Göyçay rayonunda toplantı təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin, ərazi icra nümayəndəliklərinin, məhkəmə, polis, prokurorluq orqanlarının, dairə seçki komissiyası və bələdiyyələrin, yerli qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək bildirib ki, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi dövlət siyasətinin ən başlıca xəttini təşkil edir. Göyçay rayonunda Milli Fəaliyyət Proqramından irəli gələn vəzifələrlə əlaqədar vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi məqsədilə rayon icra hakimiyyətinin saytında (goychay-ih.gov.az) elektron müraciət linki yaradılıb, [email protected] elektron poçt ünvanı vasitəsilə vətəndaşların müraciətləri qəbul edilir və araşdırılaraq cavablandırılır. Rayon icra hakimiyyətində və yerlərdə əhalinin qəbulları təşkil olunur. Onların müraciətlərinin həlli üçün operativ tədbirlər görülür.

Tədbirdə Ombudsman Elmira Süleymanova çıxış edərək bildirib ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” insan hüquqlarının qorunması ilə bağlı aparılan islahatların yeni bir mərhələsidir. Ötən illərdə ölkəmizdə həyata keçirilən demokratik, hüquqi, sosial-iqtisadi islahatlar nəticəsində əhalinin rifah halı daha da yaxşılaşıb, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları uğurla həyata keçirilib, Azərbaycanın hər bir şəhər və rayonu inkişaf edib. Qeyd olunub ki, respublikamızın hər bir bölgəsində insan hüquq və azadlıqlarının tətbiqi və təbliği vəziyyətinin monitorinqi, eyni zamanda, əhalinin hüquqi maarifləndirilməsi istiqamətində ictimai dinləmələr mühüm əhəmiyyət daşıyır.

Elmira Süleymanova bildirib ki, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq əsas vəzifələrdən biridir. Bu məqsədlə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” uğurla həyata keçirilir. Ombudsman bu işin daha da yaxşılaşdırılmasının vacibliyini vurğulayıb. O, Milli Fəaliyyət Proqramının bundan sonra da ardıcıl olaraq həyata keçiriləcəyini qeyd edib.

Müzakirələrdə rayon polis şöbəsinin rəisi, rayon prokuroru, rayon məhkəməsinin hakimi və digərləri çıxış edərək, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib, bu işi daha da yaxşılaşdırmaq üçün təkliflərini səsləndiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı “Boston Consulting Group”un ən sürətlə dəyişən şəhərlər reytinqində ilk 20-likdə yer alıb

UNAOC direktoru: İrsin dirçəldilməsi mədəniyyətlərarası dialoqu gücləndirir

Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

BMT rəsmisi: WUF13 ölkələrin bir-birinə dəstəyi baxımından mühüm əhəmiyyət daşıyır

Aqroturizmin inkişafına yönəlmiş “Farm2Tour” hakatonu yekunlaşıb

BDU-da “Diplomatın nitqi” layihəsinin iştirakçılarına sertifikatlar verilib

WUF13 çərçivəsində “Yeni inkişaf üçün tranzit yönümlü planlaşdırma” mövzusunda sessiya başlayıb

Araz Bağırlı: Mədəni irs dayanıqlı şəhər inkişafının əsas amilidir

UNITAR "ASAN xidmət"lə əməkdaşlığı genişləndirir

Aygün Əliyeva: Qlobal Cənub QHT Platforması ilə birgə təşkil olunan forum beynəlxalq ictimaiyyətə mühüm mesaj verdi

WUF13 qlobal şəhərsalma problemlərinin həllinə töhfə verəcək

Müasir məktəb, böyük ümidlər – Ağdam şəhər 1 nömrəli tam orta məktəbdən REPORTAJ

Lajana Manandhar: Azərbaycanın WUF13-ə ev sahibliyi etməsi təsadüfi deyil

WUF13 çərçivəsində “Boston Consulting Group”un qlobal şəhərlər reytinqinin yeni nəşrinin təqdimatı olub

Alissa Bankovska: Evlərin təhlükəsiz şəkildə tikilməsi gələcəkdə yarana biləcək risklər baxımından vacibdir

Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi “EFES – 2026” təlimində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

Qabriel Ameh: Bakı müasir arxitekturası ilə dünyanın ən qabaqcıl şəhərləri ilə eyni sırada dayanır

® “Kapital Bank” məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı

İcraçı direktor: Növbəti şəhərsalma forumuna ev sahibliyi edəcək Meksikanın qarşısında böyük vəzifə durur

Rüfət Mahmud: İçərişəhər mədəniyyət və yaradıcı sənayelər mərkəzi kimi müəyyən olunub

Azərbaycan beynəlxalq dialoq və qlobal əməkdaşlıq üçün etibarlı platforma kimi tanınır

Ombudsman Aparatı ilə AHİK arasında əməkdaşlıq memorandumu imzalanıb

Tədbirdən kənar - WUF13-dən FOTOLAR

Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktorunun müavini Böyük Qayıdış proqramını yüksək qiymətləndirib

Trinidad və Tobaqo Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Kristin Karla Kanqaludan

Gilavar Foto Klubu WUF13-də üç fərqli mövzuda fotosərgi açıb

Nazir müavini: “Azərbaycan Mədəniyyəti – 2040” yeni inkişaf modeli təqdim edir

Şəhərsalma və memarlıq üzrə ekspert: Ukraynada əlçatan mənzillərin çatışmazlığı problemi var

WUF13 ADNSU üçün beynəlxalq platforma rolunu oynayıb

Tailandın Kralı Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhuadan

ÜST-nin nümayəndəsi: Sıx yaşayış şəraiti xəstəliklərin yayılmasına səbəb ola bilər

Livan Respublikasının Prezidenti general Cozef Aundan

Aygün Əliyeva: Dayanıqlı şəhərsalma yalnız infrastruktur məsələsi deyil, həm də sosial ədalət məsələsidir

Livan Respublikasının Prezidenti general Cozef Aundan

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

İsveçrəli mütəxəssis WUF13-ün əhəmiyyətini yüksək qiymətləndirib

ÜST rəsmisi: Mənzil yalnız fiziki məkan deyil, sağlamlıq faktorudur

Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuanidən

® “Bir Kredit BOKT” MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb

Malta Respublikasının Prezidenti Miriam Spiteri Debonodan

Azərbaycanın 11 rayonunda qəhvəyi mərmər bağacığı qeydə alınıb – Monitorinqlərin nəticələri açıqlandı

Claudine Karaki: Livanda mənzil böhranı artıq kimlik və mədəni irs məsələsinə çevrilib

Azərbaycan rəssamlarının əsərləri Çində nümayiş olunub

Gözlərdəki qürur, sona çatan 30 illik həsrət - Şükürbəyli sakinləri sevinclərini AZƏRTAC-la bölüşüblər

® “Azercell” “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb

ABŞ Çinə yüksək səviyyəli təhlükəsizlik nümayəndə heyəti göndərir

Fərid Cəfərov: Mədəni irsin qorunması ümumbəşəri humanitar məsuliyyətdir

"Secure Model-Münaqişədən sonrakı şəhərlərin davamlı və gücləndirici mədəni canlanması" adlı panel sessiya

Patrisiya Skotland: Azərbaycanın “ağıllı şəhər” yanaşması artan qlobal çağırışlara cavab verir

Balay Qaroma: Efiopiya Bakının dövlət xidmətlərindəki mütərəqqi təcrübələrini nümunə götürə bilər

® ABB şahmat çempionatının qalibi olub

Birinci Bakı Türkoloji Qurultayının 100 illik irsi: Almatı simpoziumu

İsmayıl Serageldin: Qlobal şəhərsalma siyasətində əsas prioritet yerli icmaların gücləndirilməsi olmalıdır

Bəşir Hacıyev: Kəlbəcərin inkişafında özəl sektorun iştirakı və investisiyaların cəlbi prioritet istiqamətlərdəndir

Haya Əl-Ağa:Qəzzada mənzil əlçatanlığı məcburi köçkünlər üçün ən ciddi problemdir

WUF13: “Milli iqlim planlarının şəhər məzmunu ilə bağlı UN-Habitat hesabatı” mövzusunda sessiya başlayıb

ABŞ bankları müştərilərinin vətəndaşlığını daha ətraflı yoxlayacaq

Prezidentin xüsusi nümayəndəsi: Azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşma mərhələli və kompleks yanaşma tələb edir

Bakıda CACFish-in regional ekspert görüşü keçirilib

Respublika fənn müsabiqələrinin final mərhələsinə 1334 nəfər vəsiqə qazanıb

Növbəti panel sessiyada şəhərlərin insan psixologiyasına təsiri müzakirə edilib - YENİLƏNİB

Koreya Respublikasının Prezidenti Li Cemyöndən

Sadegh Sadeghpour: Münaqişələr yaşayış məntəqələrinin sosial və iqtisadi strukturuna ciddi təsir göstərir

İsveçin Kralı XVI Karl Qustavdan

Muslim Qazimi: 2030-cu ilə qədər İraqın ümumi əhalisi 50 milyonu keçəcək

Belçikalıların Kralı Filipdən

Mərakeşin Kralı VI Məhəmməddən

BMT-nin dayanıqlı şəhərlər elçisi: WUF13 qlobal konsensusun praktik rəqəmsal alətlərə transformasiyasına kömək edir

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviçdən

Futbol üzrə Almaniya millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

Bəşir Hacıyev: Əsas prioritet ondan ibarətdir ki, qurulan infrastruktur inkişaf gözləntilərimizi də qarşılasın

Çex Respublikasının Prezidenti Petr Paveldən

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisidən

® “Araz” supermarketlər şəbəkəsi “Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin qalibi olub

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan

Ombudsman Aparatı və AFFA “Sabah” klubunda uşaq hüquqları ilə bağlı maarifləndirici təlim təşkil edib

UN-Habitat rəsmisi: Könüllülərin fəaliyyətini yüksək qiymətləndirirəm

WUF13 panel: Mənzil təminatı şəhərləri bir araya gətirdikdə: Praktikada yerli əməkdaşlıq

Davamlı inkişafın açarı: müasir şəhərsalma və qlobal tendensiyalar

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin iyun ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Susil Ranasinghe: Qlobal böhran mənzil bərpası və yaşayış xərclərinə ciddi təsir göstərir

ISOCARP: Yeni Urban Gündəliyinin icrası üçün kifayət qədər ixtisaslı şəhərsalma mütəxəssisləri mövcud deyil

Memar: Əsas məqsəd yaşana bilən məhəllələrin yaradılmasıdır

Çan Yu Kim: “Ağıllı şəhərlər” hamı üçün əlçatan olmalıdır

YAP-da Azərbaycan-Çin münasibətlərinin strateji tərəfdaşlıq müstəvisində inkişafı vurğulanıb

Şuşada bu il 15 abidədə konservasiya işlərinə başlanacaq

Samer Bacin: Bir çox şəhərlərdə su ehtiyatlarının azalmasına verilən gec reaksiya insanların məcburi köçünə səbəb olur

Akademik ictimaiyyət tərəfindən irəli sürülən təkliflərin WUF13-ün yekun sənədinə daxil edilməsi nəzərdə tutulur

Nani Jgenti: Şəhərsalmada yeni düşüncə formalaşıb

WUF13 miqyasına və təşkilatçılığa görə həqiqətən çox heyranedicidir

Vitali Yakovlev: WUF13-ün diqqət mərkəzində əsas çağırışlar dayanır

İran ABŞ-nin şərtlərini nəzərdən keçirmək üçün vaxt istədi

Kənd Təsərrüfatı Nazirliyi 2026-cı il üçün doktorant hazırlığı üzrə qəbul elan edir

İrem Korkmaz: Mənzil siyasətində yerli əməkdaşlıq vacibdir

Xalçaya həsr olunan ömür: toxucu sənətkarın hekayəsi VİDEO

Xalçaya həsr olunan ömür: toxucu sənətkarın hekayəsi VİDEO

Bəhreynin Mənzil və Şəhərsalma naziri: Böhranlar fövqəladə hazırlıq siyasətlərinin gücləndirilməsini zəruri edir

Aİ Almaniya iqtisadiyyatının 2026-cı il üçün artım proqnozunu iki dəfə azaldıb

İsmail Serageldin: WUF13-də mənzil siyasətinə yeni yanaşmalar təqdim olunur

WUF13-də Hindistanın Mumbai şəhərinin memarlıq təcrübəsi təqdim edilib

Hindistanda rekord isti hava müşahidə olunur