İQTİSADİYYAT
Bu gündən Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayıb VİDEO
Bakı, 25 iyul, Elvin Camalov, AZƏRTAC
İyulun 25-dən etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1-ci, 3-cü və 5-ci günləri olmaqla Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayıb.
Bu barədə AZƏRTAC-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib. O bildirib ki, avtobusun yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00, təyinat məntəqəsinə - Batumi şəhərinə çatma vaxtı isə növbəti gün saat 9:00-dadır. Gediş biletinin qiyməti 35 manat təşkil edir.
Ş.Mehmanqızı qeyd edib ki, bu reys üzrə 5 yaşına qədər uşaqlar üçün bilet pulsuz, 5-10 yaş arası uşaqlar üçün 50 faiz endirimlədir. 10 yaşdan yuxarı uşaqlar üçün isə bilet tam qiymətədir. Bu bütün beynəlxalq reyslər üçün keçərlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]