DÜNYA
Yəməndə baş vermiş partlayışda ölənlərin sayı 71 nəfərə çatıb [YENİLƏNİB] VİDEO
Yəmənin Aden şəhərində partlayışdan həlak olanların sayı 71 nəfərə çatıb, 98 nəfər isə yaralanıb.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, terror aktının məsuliyyətini İŞİD radikal terror qruplaşması öz üzərinə götürüb.
12:07
Yəmənin Aden şəhərində partlayış nəticəsində həlak olanların sayı 60 nəfərə çatıb. Hadisə zamanı onlarla insanın yaralandığı bildirilir. Bu barədə Al Arabiya telekompaniyası yerli polis orqanlarına istinadla məlumat yayıb.
11:10
Yəmənin Aden şəhərində baş vermiş partlayış nəticəsində 11 nəfər həlak olub. Bu barədə “France Press” agentliyi ölkənin güc strukturlarına istinadla məlumat yayıb.
Hadisə Yəmən ordusuna könüllülərin qəbulu məntəqəsi yaxınlığında terrorçu kamikadzenin avtomobilini partlatması nəticəsində baş verib.
Partlayış görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.