İDMAN
Bayram Mustafayev XV Yay Paralimpiya Oyunlarında Azərbaycana ilk medalı qazandırıb VİDEO
Bakı, 9 sentyabr, AZƏRTAC
Rio-de-Janeyroda təşkil olunan Paralimpiya Oyunlarında 66 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Bayram Mustafayev Azərbaycana ilk medalı qazandırıb.
AZƏRTAC xəbər verir ki, birinci mərhələdən azad olan cüdoçumuz ilk qələbəsini braziliyalı Halison Oliviera Boto üzərində qazanıb. Sonra yaponiyalı rəqibi Satoşi Fujimotoya qalib gələn cüdoçumuz finala yüksəlib. Həlledici görüşdə cüdoçumuz Özbəkistan idmançısı Utkirjon Nigmatova məğlub olaraq “Rio-2016”nın gümüş medalı ilə kifayətlənib.
AZƏRTAC-ın arayışı: Bayram Mustafayev 2014-cü ildə keçirilən dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2011, 2013-cü il və 2015-ci il Avropa çempionatının qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:32]
Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub
- 25.04.2024 [17:14]
Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb
- 25.04.2024 [17:01]
Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb
- 25.04.2024 [16:34]
Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb
- 25.04.2024 [16:27]
Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar
- 25.04.2024 [16:22]
“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik
- 25.04.2024 [14:12]