Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Mərkəzi Seçki Komissiyasının sədri referendumun ilkin nəticələrini açıqlayıb

Bakı, 26 sentyabr, AZƏRTAC

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sentyabrın 26-da referendumun ilkin nəticələri ilə bağlı “Seçkilər” İnformasiya Mərkəzində mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, M.Pənahov Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər olunması ilə bağlı ümumxalq səsverməsində seçicilərin fəal iştirak etdiklərini bildirib. Ölkə üzrə bütün məntəqələrdə səsvermə səhər 8-də başlayıb və saat 19-da başa çatıb. MSK qanunla nəzərdə tutulmuş qaydada seçki prosesinin təşkilini təmin edib. Gün ərzində məntəqələrdə səsvermənin gedişi barədə məlumatlar beş dəfə - saat 10-da, 12-də, 15-də, 17-də və 19-da Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi şəbəkəsi üzərindən xüsusi proqram təminatı vasitəsilə birbaşa MSK-ya ötürülərək internet səhifəsində yerləşdirilməklə ictimaiyyətə təqdim olunub.

MSK sədri diqqətə çatdırıb ki, referendum 125 seçki dairəsi üzrə 5627 seçki məntəqəsində keçirilib. Ölkə üzrə qeydə alınmış seçicilərin sayı 5 milyon 276 min 111 nəfər olub. Seçki məntəqələrinə 5 milyon 280 min 924 səsvermə bülleteni paylanılıb. Seçki dairələri dairə seçki komissiyalarının hamısı kompyuterləşdirilib və digər lazımi avadanlıqla təmin olunub. Məntəqələr gözlə görünməyən mürəkkəb və bu mürəkkəbi oxumaq üçün ultrabənövşəyi lampalar və s. zəruri materiallarla tam təchiz edilib. Ümumxalq səsverməsi ilə əlaqədar 119 seçki dairəsi üzrə min seçki məntəqəsində onlayn rejimdə işləyən veb-kameralar quraşdırılıb.

Bu dəqiqələrədək seçki məntəqələrinin 70,2 faizindən, yəni 3950-sindən məlumatlar MSK-ya daxil olub. Ümumi fəallıq 69,7 faiz olub. Seçicilərin 3 milyon 671 min 707 nəfəri səsvermədə iştirak edib. Səslərin sayılması, hesablanması və MSK-ya çatdırılması müşahidəçilərin, KİV nümayəndələrinin və bütün maraqlanan tərəflərin iştirakı ilə həyata keçirilib. Ümumilikdə referendum bütün məntəqələrdə Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilib. Referendumun baş tutması üçün seçicilərin 25 faizi iştirak etməli idi. İlkin nəticələrə əsasən, seçicilərin 69,7 faizi iştirak etdiyinə görə referendum baş tutmuş sayılır. Otuz dairə tam şəkildə nəticələrini təsdiq edib.

M.Pənahov vurğulayıb ki, referendum günü səsvermənin gedişini Avropa Şurası Parlament Assambleyasının, MDB Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının müşahidə missiyaları, Böyük Britaniya, İtaliya, Türkiyə, Fransa, Avstraliya və digər dövlətlərin parlamentariləri, xarici ölkələrin ali seçki qurumlarının nümayəndə heyətləri və s. daxil olmaqla 18 beynəlxalq qurumdan 117 beynəlxalq müşahidəçi izləyib. Bunlar 33 ölkənin vətəndaşlarıdır. Səsvermə prosesinin müşahidəsinə öz təşəbbüsləri ilə və siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, referendum üzrə təşviqat qruplarının təşəbbüsü ilə akkreditasiyadan keçmiş 53 min 531 yerli müşahidəçi qatılıb. Ümumxalq səsverməsinin gedişini kifayət qədər çox sayda həm yerli və həm də xarici KİV nümayəndələri ətraflı işıqlandırıblar.

Mətbuat konfransında diqqətə çatdırılıb ki, səsvermə ümumən sakit şəraitdə keçib, seçicilər özlərinin iradələrini sərbəst şəkildə ifadə ediblər. Məntəqə seçki komissiyaları vəzifələrinin öhdəsindən yüksək səviyyədə gəlib və səsvermə prosesində xoşagəlməz hadisələr baş verməyib. Ümumilikdə, gün ərzində MSK-ya qanun pozuntusu ilə əlaqədar heç bir rəsmi müraciət daxil olmayıb. Amma telefon bağlantıları ilə komissiya üzvlərinə ayrı-ayrı yerlərdə olan proseslər barədə məlumatlar verilib, bəzi hallarda müəyyən məsələlərlə bağlı müsbət və ya mənfi fikirlər ifadə olunub. Hesab edirik ki, artıq sabahdan Mərkəzi Seçki Komissiyasına müraciətlər daxil olacaq və biz bu müraciətlərə baxacağıq.

Mən Azərbaycan ictimaiyyətindən, müşahidəçilərdən və ümumiyyətlə, maraqlananlardan xahiş edirəm ki, əgər hansısa narazılıqları varsa, MSK-ya rəsmi müraciət etsinlər. MSK sentyabrın 27-də tam tərkibdə işləyəcək. Əgər hansısa müraciət daxil olsa, biz onu qanunun tələbinə uyğun surətdə araşdıracağıq.

Gün ərzində bəzi KİV təmsilçiləri bizdən referendumun baş tutması məsələsini soruşurdu. Təbii, bu sual artıq ortadan qalxıb.

Mən Referendum Aktı layihəsinin əsasında hazırlanmış bülletendəki 29 hissənin hər biri üzrə seçicilərin münasibətini diqqətə çatdırmaq istəyirəm. Bir məsələni də vurğulamaq lazımdır, referendumda səsverməyə çıxarılan məsələ seçicilərin 50 faiz+1 səsini toplayırsa, qəbul edilmiş sayılır. Ona görə hesab edirəm ki, lehinə və əleyhinə verilmiş, həmçinin etibarsız hesab olunmuş səslərin sayını diqqətə çatdırmaq kifayətdir. Bir daha bildirmək istəyirəm ki, məntəqələrdən protokollar daxil olduqca, bu rəqəmlər dəyişəcək.

Daxil olan protokollar üzrə ilkin nəticələr aşağıdakı kimidir:

Bülletenin 1-ci hissəsi: lehinə 2 milyon 622 min 406 səs – 84,8 faiz. Əleyhinə 228 min 384 səs – 8,6 faiz. Etibarsız 178 min 640 səs – 6,69 faiz.

2-ci hissə: lehinə 2 milyon 267 min 253 səs – 84,9 faiz. Əleyhinə 225 min 892 səs – 8,5 faiz. Etibarsız 176 min 285 səs – 6,6 faiz.

3-cü hissə: lehinə 2 milyon 269 min 527 səs – 85 faiz. Əleyhinə 224 min 362 səs – 8,4 faiz. Etibarsız 175 min 541 səs – 6,6 faiz.

4-cü hissə: lehinə 2 milyon 277 min 80 səs - 85,3 faiz. Əleyhinə 221 min 425 səs – 8,3 faiz. Etibarsız 170 min 925 səs – 6,4 faiz.

5-ci hissə: lehinə 2 milyon 274 min 594 səs – 85,2 faiz. Əleyhinə 218 min 972 səs – 8,2 faiz. Etibarsız 175 min 864 səs – 6,6 faiz.

6-cı hissə: lehinə 2 milyon 277 min 382 səs - 85,3 faiz. Əleyhinə 222 min 427 səs – 8,3 faiz. Etibarsız 169 min 621 səs – 6,4 faiz.

7-ci hissə: lehinə 2 milyon 329 min 108 səs – 87,3 faiz. Əleyhinə 191 min 894 səs – 7,2 faiz. Etibarsız 148 min 428 səs – 5,6 faiz.

8-ci hissə: lehinə 2 milyon 252 min 803 səs – 84,4 faiz. Əleyhinə 232 min 666 səs – 8,7 faiz. Etibarsız 183 min 961 səs – 6,9 faiz.

9-cu hissə: lehinə 2 milyon 326 min 766 səs – 87,2 faiz. Əleyhinə 192 min 151 səs - 7,2 faiz. Etibarsız 150 min 513 səs – 5,6 faiz.

10-cu hissə: lehinə 2 milyon 332 min 48 səs – 87,4 faiz. Əleyhinə 191 min 976 səs – 7,2 faiz. Etibarsız 145 min 406 səs – 5,5 faiz.

11-ci hissə: lehinə 2 milyon 329 min 987 səs – 87,3 faiz. Əleyhinə 192 min 574 səs – 7,2 faiz. Etibarsız 146 min 869 səs – 5,5 faiz.

12-ci hissə: lehinə 2 milyon 332 min 214 səs - 87,4 faiz. Əleyhinə 191 min 986 səs – 7,2 faiz. Etibarsız 145 min 230 səs – 5,4 faiz.

13-cü hissə: lehinə 2 milyon 298 min 72 səs - 86,1 faiz. Əleyhinə 205 min 674 səs – 7,7 faiz. Etibarsız 165 min 684 səs – 6,2 faiz.

14-cü hissə: lehinə 2 milyon 228 min 62 səs - 83,5 faiz. Əleyhinə 245 min 574 səs – 9,2 faiz. Etibarsız 195 min 794 səs – 7,3 faiz.

15-ci hissə: lehinə 2 milyon 220 min 977 səs - 83,2 faiz. Əleyhinə 249 min 165 səs – 9,3 faiz. Etibarsız 199 min 288 səs – 7,5 faiz.

16-cı hissə: lehinə 2 milyon 330 min 760 səs – 87,3 faiz. Əleyhinə 190 min 755 səs – 7,2 faiz. Etibarsız 147 min 915 səs – 5,5 faiz.

17-ci hissə: lehinə 2 milyon 355 min 658 səs - 88,3 faiz. Əleyhinə 176 min 171 səs – 6,6 faiz. Etibarsız 137 min 601 səs – 5,2 faiz.

18-ci hissə: lehinə 2 milyon 327 min 314 səs - 87,2 faiz. Əleyhinə 192 min 134 səs – 7,2 faiz. Etibarsız 149 min 982 səs – 5,6 faiz.

19-cu hissə: lehinə 2 milyon 333 min 453 səs – 87,4 faiz. Əleyhinə 189 min 790 səs - 7,1 faiz. Etibarsız 146 min 187 səs – 5,5 faiz.

20-ci hissə: lehinə 2 milyon 430 min 9 səs - 91 faiz. Əleyhinə 128 min 258 səs – 4,8 faiz. Etibarsız 111 min 163 səs – 4,2 faiz.

21-ci hissə: lehinə 2 milyon 434 min 319 səs – 91,2 faiz. Əleyhinə 125 min 16 səs – 4,7 faiz. Etibarsız 110 min 95 səs – 4,5 faiz.

22-ci hissə: lehinə 2 milyon 384 min 446 səs – 89,3 faiz. Əleyhinə 153 min 907 səs – 5,8 faiz. Etibarsız 131 min 77 səs – 4,9 faiz.

23-cü hissə: lehinə 2 milyon 243 min 546 səs - 87,8 faiz. Əleyhinə 181 min 414 səs – 6,8 faiz. Etibarsız 144 min 470 səs – 5,4 faiz.

24-cü hissə: lehinə 2 milyon 343 min 995 səs - 87,8 faiz. Əleyhinə 181 min 686 səs – 6,8 faiz. Etibarsız 143 min 749 səs – 5,4 faiz.

25-ci hissə: lehinə 2 milyon 344 min 105 səs - 87,8 faiz. Əleyhinə 181 min 736 səs – 6,8 faiz. Etibarsız 143 min 589 səs – 5,4 faiz.

26-cı hissə: lehinə 2 milyon 347 min 217 səs - 87,9 faiz. Əleyhinə 179 min 910 səs - 6,7 faiz. Etibarsız 142 min 303 səs – 5,3 faiz.

27-ci hissə: lehinə 2 milyon 349 min 362 səs – 88 faiz. Əleyhinə 177 min 640 səs – 6,7 faiz. Etibarsız 142 min 428 səs – 5,3 faiz.

28-ci hissə: lehinə 2 milyon 246 min 343 səs - 84,2 faiz. Əleyhinə 238 min 597 səs – 8,9 faiz. Etibarsız 184 min 490 səs – 6,9 faiz.

29-cu hissə: lehinə 2 milyon 253 min 866 səs – 84,4 faiz. Əleyhinə 235 min 718 səs – 8,8 faiz. Etibarsız 179 min 846 səs – 6,7 faiz.

M.Pənahov deyib: “Hesab edirəm ki, yaxın saatlarda bütün məntəqələrdən daxil olan nəticələr bizim internet səhifəmizdə yerləşdiriləcək. Lehinə verilmiş səslərin kifayət qədər çox olduğunu nəzərə alaraq, deyə bilərəm ki, referenduma çıxarılmış 29 hissənin hamısı Azərbaycan seçiciləri tərəfindən rəğbətlə qarşılanıb və bunların hamısı artıq qəbul olunmuş hesab edilə bilər”.

Protokolların hələ də daxil olduğunu vurğulayan MSK sədri bildirib ki, yəqin nəticələrlə bağlı heç kəsdə şübhə yoxdur. Bir daha təkrar edirəm ki, biz bütövlükdə ilkin nəticələri sentyabrın 27-də günün birinci yarısında rəsmi şəkildə ictimaiyyətə çatdıracağıq. İlkin nəticələr hələ rəsmi nəticələr demək deyil. Lakin Mərkəzi Seçki Komissiyası rəsmi orqan olduğu üçün biz bunu elan edirik. Bir qayda olaraq, indiyə qədər olan seçkilərimizdə ilkin nəticələrlə rəsmi nəticələr arasında müəyyən fərqlər olsa belə, ümumi beynəlxalq praktikada qəbul edilmiş həddi keçmirdi. Hesab edirəm ki, indi də hər hansı bir qeyri-adi hadisə baş verməyəcək.

MSK bundan sonra öz işini daxil olacaq müraciətlərin baxılmasına həsr edəcək. Çünki biz referendumun nəticələrini ümumiləşdirir və elan edirik. Bu prosesi 20 günə başa çatdırmalıyıq. Ümumiyyətlə, nəticələrin dərc olunması ilə birlikdə bu proses 25 günü keçməməlidir.

Məzahir Pənahov bildirib ki, səsvermə çox rahat, sakit keçib, yüksək seçici fəallığı müşahidə edilib. Bütün beynəlxalq və yerli müşahidəçilər seçicilərin fəallığını xüsusi vurğulayıblar. Gün ərzində müşahidəçilərin kütləvi informasiya vasitələrinə verdikləri müsahibələr bir daha təsdiq edir ki, Azərbaycan seçiciləri ümumxalq səsverməsinə çıxarılan Referendum Aktına çox ciddi yanaşıb və səs vermək üçün məntəqələrə axışıblar.

Diqqətə çatdırılıb ki, gün ərzində Mərkəzi Seçki Komissiyasının internet saytına 118 min 158 müraciət olub. Bu, hələ ilkin rəqəmdir.

“Hesab edirəm ki, MSK referendumun hazırlanıb keçirilməsi üçün öz vəzifəsinin öhdəsindən gələ bildi. Aşağı seçki komissiyaları yüksək peşəkarlıq nümayiş etdirdi. Bu, müşahidəçilər tərəfindən də bir qayda olaraq vurğulanıb. Mən bir daha Azərbaycan seçicilərinə, referendumu izləyən yerli və xarici müşahidəçilərə, KİV nümayəndələrinə öz minnətdarlığımı bildirirəm”, - deyə Məzahir Pənahov qeyd edib.

Sonda MSK sədri jurnalistlərin suallarına cavab verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNƏCƏK

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar YENİLƏNƏCƏK

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

"Neftçi"nin legioneri: “Qarabağ”a məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirik

Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir

İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub

“Qarabağ” və “Zirə” Azərbaycan Kubokunda ikinci dəfə finalda qarşılaşacaq

Vətəndaşlara Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək

Magistraturaya qəbul imtahanının II cəhdində 19 min 716 nəfər iştirak edəcək

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”nin göstəricisini təkrarlayıb

Azərbaycanın 7 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir VİDEO

Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb

Aprelin 24-də 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Dünya birjalarında neft bahalaşıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silah və sursatlar aşkarlanaraq götürülüb

Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub

Azərbaycan Kubokunun yarımfinalında məhsuldarlıq rekordu yenilənib

DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar VİDEO

DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb

“Toyota” ötən maliyyə ilində avtomobil istehsalında rekord vurub

Azərbaycan nefti bahalaşıb

Azərbaycan-Rusiya münasibətləri yeni hədəflərimizə çatmağa töhfə verəcək – ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır

Dövlət Departamenti: ABŞ hərbçilərinin Nigerdən çıxarılması ilə bağlı müzakirələr başlayır