İDMAN
9 NOYABR
1918-ci il. Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü. Üçrəngli bayraq ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olunub. 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edilib. 2009-cu il noyabrın 9-da - Dövlət Bayrağı Günündə Bakıda Dövlət Bayrağı Muzeyinin açılışı olub. 2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı Meydanının memorial abidə-istirahət kompleksinin təntənəli açılışı olub. |
|
1991-ci il. Türkiyə Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkə olub. | |
1818-ci il. Realist rus ədəbiyyatı və ictimai-siyasi fikir tarixində özünəməxsus yer tutan məşhur yazıçı İvan Sergeyeviç Turgenev anadan olub. Onun mənsur şeirləri, hekayə və povestlərində çar Rusiyasının əsas təzadı - kəndlilərlə mülkədarlar arasındakı sosial-tarixi ziddiyyət öz əksini tapıb. | |
1906-cı il. ABŞ Prezidenti Teodor Ruzvelt (1901-1909) xarici ölkəyə səfər edən ilk dövlət başçısı kimi Birləşmiş Ştatların tarixinə düşüb. O, Panama kanalının inşası işləri ilə tanış olmaq üçün bu ölkəyə səfər edib. | |
1990-cı il. Mari Robinson İrlandiya tarixində ilk qadın prezident olub. |