İDMAN
9 OKTYABR
2013-cü il. Azərbaycanda növbəti prezident seçkiləri keçirilib. İlham Əliyev seçicilərin 84,54 faiz səsini qazanaraq növbəti müddətə dövlət başçısı seçilib. |
|
2008-ci il. Bakı metrosunun yeni tikilmiş “Nəsimi” stansiyası açılıb. Prezident İlham Əliyev açılış mərasimində iştirak edib. “Nəsimi” Bakı metrosunun sayca 21-ci stansiyasıdır. |
|
1992-ci il. Bakının Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi paradı keçirilib. Paradda o dövrdə Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan hərbi texnikalar nümayiş etdirilib. |
|
1874-cü il. Ümumdünya Poçt İttifaqı yaradılıb. Azərbaycanın 1993-cü ilin aprel ayında bu quruma üzv qəbul olunması respublikanın poçt sahəsi üzrə fəaliyyətinin genişlənməsinə əlavə imkanlar yaradıb. Oktyabrın 9-u dünyada poçt sahəsi işçilərinin peşə bayramı - Ümumdünya Poçt Günü kimi qeyd olunur. |