CƏMİYYƏT


9 avqust ABŞ-da meşələrin yanğından mühafizəsi günüdür

A+ A

Bakı, 9 avqust, AZƏRTAC

Avqustun 9-da ABŞ-da “Smokey Bear Day” deyilən qeyri-adi adı olan bir gün - Tüstülənən Ayı Günü qeyd edilir. Bu, meşələrin yanğından mühafizəsi günüdür.

ABŞ Meşə Təsərrüfatı Xidmətinin rəmzi olan Tüstülənən Ayı meşə yanğınları təhlükəsi barədə xəbərdarlıq edən şirin-şəkər ayı balasıdır. “Meşələri yanğından qoruyun” seriyasından televiziya verilişlərində başına şlyapa qoymuş, əyninə cins geyinmiş vəziyyətdə təsvir edilən ayı balası bu sözləri deyir: “Meşə yanğınlarının qarşısını yalnız siz ala bilərsiniz”.

1905-ci ildə yaradılan Meşə Təsərrüfatı Xidməti ABŞ Kənd Təsərrüfatı Nazirliyinin şöbəsidir. Bu xidmət 193 milyon akr ərazini əhatə edən meşə, otlaq və biçənək sahələrində ictimai torpaqlara nəzarət edir.

1950-ci ildə baş vermiş bir əhvalatın qəhrəmanı təşkilatın canlı təcəssümünə - rəmzinə çevrilib. Gözəl bir yaz günü Nyu-Meksiko dağlarında yanğın qülləsindən meşə tərəfdən burularaq səmaya qalxan tüstü görünüb. Güclü külək alovu sürətlə ətrafa yayıb. Alovun söndürülməsində təhlükəsizlik xidmətinin əməkdaşlarından tutmuş yerli sakinlərə qədər bacaran hər kəs iştirak edib.

Bədahətən yanğınsöndürənlər ayı balası görüblər. Amma ana ayının balasını tapıb qoruyacağı ümidi ilə onu rahat buraxıblar.

Bir neçə saat sonra yanğın söndürülüb. Yerli sakinlər və yanğınsöndürənlər bala ayını yenə də tənha vəziyyətdə tapıblar. Ağacın geniş oyuğunda gizlənən bala ayının yanıq xəsarəti almış pəncələrindən qan axırmış.

Bu əhvalat tezliklə mətbuata yol açır. Departamentə bala ayının vəziyyətini öyrənmək istəyən insanlardan gələn məktubların ardı-arası kəsilmir. Tezliklə ayı balasını Vaşinqtonda Milli Zooparka köçürürlər. Beləcə, bala ayı Təbiəti Yanğından Mühafizə Cəmiyyətinin də rəmzinə çevrilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.