İQTİSADİYYAT


“AAAF park” şirkətinin “Xırdalan” layihəsi üzrə tikinti işləri yekunlaşmaq üzrədir

A+ A

Bakı, 22 noyabr, AZƏRTAC

“AAAF park” şirkətinin “Xırdalan” layihəsi, 36 hektar ərazidə yaşayış kompleksi - 12 min mənzildən ibarətdir.

Bu barədə şirkətin təmsilçisi Kamran Heydərov Bakı Ekspo Mərkəzində keçirilən RecExpo II Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində AZƏRTAC-a müsahibəsində bildirib.

Layihə ilə bağlı məlumat verən K.Heydərov deyib ki, kompleks ərazisinin 12 hektarında park, digər hissəsində isə yaşayış binaları yerləşəcək. Burada lisey, əyləncə yerləri, mağazalar, villalar, 17 mərtəbəli yaşayış binaları olacaq.

“Layihənin artıq 90-95 faizi yekunlaşıb. Tikilməkdə olan binaların isə təqribən 1-2 ilə istifadəyə verilməsi planlaşdırılır. Binalar 20 ilə ödənişsiz və ya ilkin ödəniş 10 faiz olmaq şərti ilə faizsiz kreditlə təklif olunur”.

Digər yeni layihə isə Xırdalan şəhərinin ərazisində yerləşən “Gənclər şəhərciyi”dir. Kamran Heydərovun sözlərinə görə, 12 hektar ərazidə tikiləcək şəhərcik 33 binadan ibarət olacaq. Ərazidə bütün ictimai-iaşə obyektləri olan park salınacaq. Yaxın vaxtlarda binaların tikintisi yekunlaşacaq, mənzillərin satışına başlanılacaq.

K.Heydərov əlavə edib ki, “AAAF park”ın Xəzər dənizinin sahilində həyata keçirilən “Astara” layihəsində əsasən həyət evləri, villalar və ictimai-iaşə obyektlərinin inşası nəzərdə tutulub. Layihə üzrə tikinti işlərinə artıq başlanılıb, işlərin 20 faizi görülüb. Hazırda həyət evlərinin satışı həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.