Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Ə.A.ƏLİYEVİN VƏ X.H.ƏHMƏDOVUN AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ ÜZVLƏRİ TƏYİN EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 

“Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci və üçüncü hissələrinə əsasən, vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş, deputatları Milli Məclisdə azlıq təşkil edən Vətəndaş Həmrəyliyi Partiyası və Azərbaycan Kommunist Partiyası tərəfindən namizədliyi təqdim edilən Ənvər Abbas oğlu Əliyev və Xanmurad Həşim oğlu Əhmədov Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri təyin edilsinlər.

M.Ələsgərov

Azərbaycan Respublikası Milli Məclisinin

Sədri

Bakı şəhəri, 28 iyun 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin