RƏSMİ SƏNƏDLƏR
A.Ə.Məmmədovun Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Arif Əhməd oğlu Məmmədov Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 may 2016-cı il.