MƏDƏNİYYƏT


Ə.Əmirov adına Mədəniyyət Sarayında Üzeyir Hacıbəylinin əsərlərindən səhnəciklər təqdim edilib

A+ A

Bakı, 19 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Ə.Əmirov adına Mədəniyyət Sarayında Milli Musiqi Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutub. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Üzeyir Hacıbəylinin yaradıcılığı haqqında geniş məlumat verilib. Bildirilib ki, ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb.

Daha sonra Ə.Əmirov adına Mədəniyyət Sarayının yaradıcı kollektivlərinin ifasında “O olmasın, bu olsun”, “Arşın mal alan” tamaşasından səhnəciklər, “Günəş” qrupunun ifasında rəqslər təqdim edilib, habelə bir sıra musiqi kompozisiyaları səsləndirilib.

Sonda qonaqlar Milli Musiqi Gününə həsr edilmiş rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.