MƏDƏNİYYƏT
ABİDƏLƏRİN VƏ TARİXİ YERLƏRİN QORUNMASI GÜNÜNƏ HƏSR EDİLMİŞDİR
“Şirvanşahlar Sarayı Kompleksi” dövlət tarixi-memarlıq qoruq-muzeyində YUNESKO-nun 1984-cü ildən bəri hər il aprelin 18-də qeyd etdiyi Ümumdünya abidələrin və tarixi yerlərin qorunması gününə həsr olunmuş sərgi təşkil edilmişdir.
Sərgini giriş sözü ilə açan muzeyin direktoru Sevda Dadaşova “Şirvanşahlar Muzey Kompleksi”nin 2004-cü ildə qeyd olunacaq 40 illiyinə hazırlıq işləri barədə məlumat verdi. Sonra mədəniyyət nazirliyinin idarə rəisi Rizvan Bayramov və Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov çıxış etdilər.
Sərgidə muzeyin ekspozisiya şöbəsinin müdiri Rəna Rzayevanın fərdi işləri nümayiş etdirildi.
Tədbirin sonunda Azərbaycan xalq mahnıları və rəqslərinin ifacıları arasında müsabiqə-viktorina keçirildi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:02]
AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib
- 26.04.2024 [17:51]
Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub
- 26.04.2024 [17:46]
Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur
- 26.04.2024 [16:45]
Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında
- 26.04.2024 [15:15]