DÜNYA


ABŞ 2040-cı ilədək şist qazı istehsalını 114 faiz artırmağı nəzərdə tutur

A+ A

Bakı, 23 avqust, Nihad Budaqov, AZƏRTAC

ABŞ-da şist qazı istehsalının 2040-cı ilədək 114 faiz artacağı nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Qeyd edilir ki, ABŞ-ın şist qazı istehsalının 2015-ci ildəki gündəlik orta hesabla 1,06 milyard kubmetrdən 2040-cı ildə gündəlik orta hesabla 2,26 milyard kubmetrə çatacağı proqnozlaşdırılır. Şist qazı istehsalı aşağı təbii qaz qiymətinə baxmayaraq 2040-cı ilədək pilləli olaraq artmağa davam edəcək.

Məlumatda ABŞ-ın şimal-şərqindəki “Marcellus” və “Utica” yataqlarının əlverişli geoloji strukturları və ölkənin təbii qaz bazarına olan yaxınlığı nəzərə alınaraq həmin bölgələrin aşağı qaz qiymətlərinə qarşı müqavimətli olduğu və qarşıdakı müddətdə ABŞ-da təbii qaz istehsalına qatqılarının davam edəcəyi qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.