DÜNYA
ABŞ 48 milyon hektarlıq neft yataqları blokunu icarəyə verəcək
Bakı, 26 dekabr, Nihad Budaqov, AZƏRTAC
ABŞ hökumətinin tabeliyində olan Okean Enerji İdarəçiliyi Bürosu (BOEM) 2017-ci ilin martında keçiriləcək hərracda Meksika Körfəzindəki 48 milyon hektarlıq neft yataqları blokunu icarəyə verəcək.
AZƏRTAC xəbər verir ki, həmin bölgənin icarəyə verilməsi ABŞ Prezidenti Barak Obamanın 2012-2017-ci illəri əhatə edən 5 illik planı üzrə həyata keçiriləcək.
“Körfəz 12” adlandırılan neft yatağı 9-11,115 fut arasında dəyişən dərinliyə malikdir. Yataq Luiziana, Missisipi və Alabamaya 3-230 mil arasında uzaqlıqda, 48 milyon hektar ərazini əhatə edir.
Yataq üzrə hərrac 2017-ci il martın 22-də BOEM-in saytında onlayn qaydada keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]