DÜNYA


ABŞ Əfqanıstanda amerikalı hərbçilərin öldürülməsi xəbərini təkzib edib

Bakı, 17 iyun, AZƏRTAC

ABŞ-ın hərbi məmuru Əfqanıstandakı hərbi bazada hücum nəticəsində 4 amerikalı hərbçinin öldürülməsi barədə xəbəri təkzib edib.

AZƏRTAC xəbər verir ki, bir qədər əvvəl Reuters agentliyi Əfqanıstanın Məzari-Şərif şəhərində yerləşən bazada əfqan əsgərinin hücumu nəticəsində ABŞ silahlı qüvvələrinin 4 hərbçisinin həlak olduğunu bildirmişdi.

ABŞ hərbi komandanlığının Kabildəki nümayəndəsi “Şahin” düşərgəsində yaralanan hərbçilər arasında amerikalı əsgərlərin olduğunu desə də, onların dəqiq sayı barədə məlumat verməyib. Onun sözlərinə görə, insident nəticəsində, həmçinin bir əfqan əsgəri də həlak olub. Məzari-Şərif şəhərindəki bu hərbi düşərgədə Əfqanıstan ordusunun 209-cu korpusu yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.