SİYASƏT


ABŞ Azərbaycanlılar şəbəkəsi Cəbrayıl, Füzuli və Qubadlının işğalı barədə ictimaiyyətin məlumatlandırılması kampaniyası keçirir

A+ A

Vaşinqton, 24 avqust, AZƏRTAC

ABŞ Azərbaycanlılar Şəbəkəsi Azərbaycanın Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının işğalı barədə Amerika ictimaiyyətini məlumatlandırmaq üçün səkkizinci illik kampaniyaya start verib.

ABŞ konqresmenlərinə, ştatların parlamentlərinin və administrasiyalarının qanunvericilərinə, ABŞ Dövlət Departamentinə və Amerika KİV-lərinə ünvanlanmış müraciətdə qeyd edilir ki, bu üç rayonun ərazisinin işğal edilməsi nəticəsində 157 min dinc azərbaycanlı öz doğma yurdundan qovulub.

BMT Təhlükəsizlik Şurası bununla əlaqədar 874 nömrəli qətnamə qəbul edib. Sənəddə erməni təcavüzü pislənir, Azərbaycanın ərazi bütövlüyü təsdiq edilir və erməni silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılması tələb edilir. Müraciətdə daha sonra Azərbaycan rayonlarının işğalı və məcburi köçkün vəziyyətinə düşmüş dinc Azərbaycan vətəndaşları barədə statistik məlumatlar əks olunub.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.