SİYASƏT


ABŞ Azərbaycanlıları Şəbəkəsi ABŞ ictimaiyyətini Ermənistan-Azərbaycan sərhədində vəziyyət barədə məlumatlandırır

Vaşinqton, 30 dekabr, AZƏRTAC 

ABŞ Azərbaycanlıları Şəbəkəsi Ermənistan-Azərbaycan sərhədində vəziyyət və Ermənistanın Azərbaycana qarşı davamlı təcavüzü barədə amerikalı qanunvericilərini və ABŞ administrasiyası nümayəndələrini məlumatlandırma kampaniyası keçirir.

Məlumatda dekabrın 29-da erməni hərbçilərinin Tovuz rayonu istiqamətində Azərbaycanın dövlət sərhədini pozması və təxribat fəaliyyəti, habelə Azərbaycan Silahlı Qüvvələri tərəfindən müvafiq tədbirlərin görülməsi bildirilir. Azərbaycan ərazisinin təxminən 20 faizinin erməni ordusu tərəfindən işğalının davam etməsi və BMT Təhlükəsizlik Şurasının (TŞ) Ermənistan silahlı qüvvələrinin Azərbaycandan qeyd-şərtsiz və dərhal çıxmasını tələb edən dörd qətnaməsi (822, 853, 874 və 884) barədə də məlumat verilir.

Birləşmiş Ştatların hökumət orqanlarına müraciət edən ABŞ Azərbaycanlıları Şəbəkəsi ABŞ administrasiyasını və ATƏT-in Minsk qrupunu BMT TŞ-nin qətnamələrinin tələbini yerinə yetirmək və Azərbaycana qarşı təcavüzə son qoymaq üçün rəsmi Yerevana təzyiq göstərməyə çağırır.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.