SİYASƏT


ABŞ Azərbaycanlıları Şəbəkəsi Türkiyəyə dəstək kampaniyasına start verib

A+ A

Vaşinqton, 11 dekabr, AZƏRTAC

ABŞ Azərbaycanlıları Şəbəkəsi İstanbuldakı “Vodafone Arena” stadionunun yaxınlığında və onunla yanaşı parkda törədilmiş iki terror aktının faciəli nəticələri ilə əlaqədar türk xalqına başsağlığı verib. Təşkilat, eyni zamanda, ABŞ ictimaiyyətinin və siyasi dairələrinin, o cümlədən ABŞ Prezidentinin, vitse-prezident, dövlət katibi və qanunvericilərin məlumatlandırılması kampaniyasına start verib.

Şəbəkənin yaydığı müraciətdə deyilir ki, ABŞ hökuməti tərəfindən terror təşkilatlarının siyahısına daxil edilmiş Kürd Fəhlə Partiyasının (PKK) terror fəaliyyəti nəticəsində 1970-ci illərdən bu günədək Türkiyənin 30 mindən çox günahsız vətəndaşı həlak olub. Məktubda, həmçinin bildirilir ki, Türkiyə NATO-nun üzvü və terrorizmə qarşı qlobal mübarizədə əsas oyunçudur.

ABŞ Azərbaycanlıları Şəbəkəsi bu ölkənin qanunvericilərini Türkiyəni düşmənlərdən qorumağa və maliyyə vəsaitlərindən terror məqsədilə istifadə edə biləcək hər hansı qruplara dəstək göstərilməsinin qarşısının alınması üçün mümkün olan bütün tədbirləri görməyə çağırır.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.