DÜNYA


ABŞ: Britaniya qəzetinin müxbirini döyən siyasətçiyə ittiham irəli sürülüb

Bakı, 25 may, AZƏRTAC

ABŞ-da Böyük Britaniyanın “Guardian” qəzetinin müxbiri Ben Ceykobsu döyən respublikaçı Qreq Cianforta qarşı ittiham irəli sürülüb.

AZƏRTAC “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, insident Konqresin aşağı palatasına namizəd Cianfortun Montana ştatındakı mənzil-qərargahında baş verib. Zərərçəkənin sözlərinə görə, namizədə sual verməyə cəhd göstərib. O isə cavabdan boyun qaçırıb və müxbirə hücuma edib.

Qarşıdurmanın qəzetdə dərc olunmuş audioyazısından məlum olur ki, siyasətçi Ceykobsdan sualı başqa vaxt verməsini, yaxud qərargahın əməkdaşına müraciət etməsini xahiş edir. Lakin jurnalist təkidlə ondan cavab istəyir. Sonra süpürüşmə səsləri və Cianfortun qışqırığı eşidilir: Sən məni bezdirdin. Buradan rədd ol get.

Hadisənin şahidi olan “Fox News”un müxbiri Alisiya Akunanın dediyinə görə, Cianfort Ceykobsun boynundan ikiəlli yapışaraq, onu yerə yıxıb. Sonra jurnalistə zərbələr endirib və onun eynəyini sındırıb.

Siyasətçiyə yüngül bədən xəsarətləri yetirmək ittihamı irəli sürülüb. Bu maddəyə görə, maksimum cəza 500 dollar cərimə və altı ay azadlıqdan məhrum edilməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.