DÜNYA


ABŞ, Cənubi Koreya və Yaponiya BMT-nin təcili iclasının çağırılmasını tələb edir

A+ A

Bakı, 13 fevral, AZƏRTAC

ABŞ, Cənubi Koreya və Yaponiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb ediblər.

AZƏRTAC “lemonde.fr” saytına istinadla bildirir ki, iclas bu gün keçirilə bilər.

Donald Trampın ABŞ Prezidenti kimi andiçməsindən sonra Pxenyan tərəfindən buraxılan ilk raket Yapon dənizinə düşüb.

Vurğulanır ki, bu ölkələr arasında yenidən gərginliyin yaranmaması üçün cavab tədbirləri tədricən görülməlidir.

Qeyd edək ki, fevralın 12-də Şimali Koreya ballistik raketi uğurla sınaqdan keçirdiyini bəyan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.