DÜNYA
ABŞ-DA YENİ 100 DOLLARLIQ ƏSKİNASLAR BURAXILACAQDIR
Bakı, 19 aprel (AZƏRTAC). ABŞ hökuməti dolları saxtalaşdırmaqdan qorumaq üçün yeni əskinaslar buraxacaqdır. Yeni əskinaslara edilmiş dəyişikliklər aprelin 21-də keçiriləcək təqdimat mərasiminədək məxfi saxlanılır.
Yeni 100 dollarlıq əskinaslar barədə məlumatlar www.newmoney.gov və digər saytlarda 25 dildə təqdim olunacaqdır.
Ekspertlər ehtimal edirlər ki, dizayna yalnız yeni rəng əlavə olunacaqdır. Məsələn, 2006-cı ildə buraxılan 10 dollarlıq əskinasların fonu sarı, qırmızı və narıncı rəngdədir. Bundan əlavə, onların üzərində Azadlıq abidəsi əks olunmuş, ABŞ Konstitusiyasından “Biz xalqıq” sözləri yazılmışdır.
İlk 100 dollarlıq əskinaslar Ştatların Federal hökuməti tərəfindən 1862-ci ildə buraxılmışdır. O vaxtdan əskinasların dizaynı dəfələrlə dəyişdirilmişdir.
Xatırladaq ki, 100 dollar ABŞ valyutasının beynəlxalq dövriyyədə olan ən iri əskinasıdır. Onların təxminən üçdəbiri Birləşmiş Ştatların hüdudlarından kənarda dövr edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]