DÜNYA


ABŞ: Donald Tramp son sosioloji sorğuda rəqibini üstələyib

A+ A

Bakı, 2 noyabr, AZƏRTAC

ABŞ-da prezident seçkisinə bir həftə qalmış Donald Tramp seçicilər arasına populyarlığına görə rəqibi Hillari Klintonu üstələməyə başlayıb.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, ABC telekanalının və “Washington Post” qəzetinin sifarişi əsasında aparılmış sorğunun nəticələrinə əsasən, respublikaçı namizədə səs verməyə hazır olan seçicilərin sayı demokratların namizədini dəstəkləyənləri 1 faiz üstələyir.

ABŞ-ın hazırkı prezidenti isə seçki kampaniyasının son günlərində populyarlığını getdikcə itirən Hillari Klintonu dəstəkləməkdə davam edir. Barak Obama noyabrın 1-də namizədlər haqqında danışarkən bir daha Donald Trampın ali baş komandan postuna yararlı olmadığını deyib.

Sosioloqlar Federal Təhqiqatlar Bürosunun Hillari Klintonun elektron yazışmaları barədə təhqiqatı bərpa etməsindən sonra seçicilərin rəylərinin dəyişdiyini vurğulayırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.