DÜNYA


ABŞ Federal Ehtiyat Sisteminin sentyabrda faiz dərəcəsini artıracağı gözlənilir

Bakı, 17 avqust, Nihad Budaqov, AZƏRTAC

ABŞ Federal Ehtiyat Sisteminin (FES) sentyabrda faiz dərəcəsini artıracağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, “Fox Business News”a müsahibəsində ABŞ Federal Ehtiyat Sisteminin Nyu-York şöbəsinin rəhbəri Viliyam Dadli FES-in sentyabrda faiz dərəcəsini artırmasının mümkün olduğunu deyib. O buna səbəbin isə Yaponiya, İngiltərə və Avropa mərkəzi banklarının tətbiq etdiyi pul subsidiyalarının təsirli olduğunu bildirib.

Qeyd edək ki, sentyabrın 20-21-də FES-in Federal Açıq Bazar Komitəsinin (FOMC) yığıncağının keçirilməsi nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.