SİYASƏT
ABŞ Konqresinin üzvü 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar bəyanat verib
Vaşinqton, 28 yanvar, AZƏRTAC
ABŞ Konqresinin üzvü xanım Madelin Bordallo 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar yanvarın 26-da Konqresdə bəyanatla çıxış edib. O, 20 Yanvar hadisələrinin keçmiş sosialist ölkələrindəki demokratik hərəkatın başlanğıcı olduğunu diqqətə çatdırıb.
M.Bordallo 20 Yanvar faciəsi ərəfəsində Azərbaycanda milli azadlıq hərəkatının geniş vüsət aldığını bildirib. O, hərəkatın qarşısını almaq məqsədilə çoxminli sovet qoşunlarının Bakıda kütləvi qətliam törətdiyini bəyan edib. Konqres üzvü bu hadisənin Azərbaycan xalqının müstəqillik mübarizəsini daha da gücləndirdiyini və proseslərin ölkəmizin müstəqilliyini əldə etməsi ilə nəticələndiyini vurğulayıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton