SİYASƏT
ABŞ PREZİDENTİ CORC BUŞ AZƏRBAYCAN XALQINI QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ TƏBRİK ETMİŞDİR
Amerika Birləşmiş Ştatlarının Prezidenti Corc Buş müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik məktubu göndərmişdir.
ABŞ-ın Bakıdakı səfirliyindən AZƏRTAC-a daxil olmuş məktubun mətnində deyilir:
Amerika xalqı adından Azərbaycan xalqına xoşbəxt və uğurlu Qurban bayramı arzulayıram.
Bu gün ümumi dəyərlərdən irəli gələn qarşılıqlı məqsədlərə nail olmaq üçün Azərbaycan və Amerika xalqları birgə çalışırlar. Əməkdaşlığımız nəticəsində bir çox nailiyyətlər əldə etmişik və bu, gələcəkdə daha da güclənəcəkdir.
Allah bütün Azərbaycan xalqını hifz etsin!
Hörmətlə,
Corc Buş
Amerika Birləşmiş Ştatlarının Prezidenti