DÜNYA
ABŞ Paris sazişindən çıxma proseduruna başlayıb
Bakı, 5 avqust, AZƏRTAC
Amerika Birləşmiş Ştatları iqlim üzrə Paris sazişindən çıxması barədə BMT-yə rəsmi bildiriş göndərib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, ABŞ-ın Dövlət Departamenti bu barədə rəsmi bəyanatı öz saytında yerləşdirib.
Bəyanatda Birləşmiş Ştatların Amerika biznesi, işçiləri, xalqı və vergiödəyicisi üçün daha sərfəli şərtlər yaradılacağı təqdirdə Sazişə yenidən daxil ola biləcəyi qeyd olunur.
Sazişdən çıxma proseduru 3 il davam edə bilər. Bu müddət ərzində ABŞ BMT-nin təşkil etdiyi beynəlxalq iqlim konfranslarında iştirakını davam etdirmək niyyətindədir.
ABŞ Prezidenti Donald Tramp iqlim üzrə Paris sazişindən çıxacaqlarını iyun ayının ortalarında elan edib.
Xatırladaq ki, Paris sazişi qlobal istiləşmənin qarşısının alınması üçün 2015-ci ildə qəbul olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]