DÜNYA


ABŞ Prezidenti Donald Tramp İsrailə ilk rəsmi səfərini edib

Bakı, 22 may, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp mayın 22-də İsrailə ilk rəsmi səfərini edib. Onu hava limanında İsrail Prezidenti Reuven Rivlin, Baş nazir Binyamin Netanyahu, Knessetin (parlament) spikeri Yuli Edelşteyn, İsrail hökumətinin nazirləri tam heyətlə və dini nümayəndələr qarşılayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Amerika lideri qarşılanma mərasimində İsrailə səfərini hər iki ölkə arasında sarsılmaz dostluğun təsdiqi adlandırıb. Baş nazir Binyamin Netanyahu isə öz növbəsində Trampın rəhbərliyi altında ABŞ və İsrail arasında alyansın daha da güclənəcəyinə ümidvar olduğunu bildirib.

Axşam saatlarında Amerika prezidentinin Netanyahu ilə işgüzar görüşü planlaşdırılıb. Tərəflərin hər iki ölkə arasında ittifaqın gücləndirilməsi, təhlükəsizlik sahəsində əməkdaşlıq, həmçinin Fələstinlə sülh məsələlərini müzakirə edəcəkləri gözlənilir.

Donald Trampın səfəri müddətində Qüdsdə təhlükəsizliyi 10 min polis təmin edəcək. Eyni zamanda, şəhərin bir neçə mərkəzi küçəsi və Təl-Əviv şəhəri ilə Qüds arasındakı bir nömrəli avtomobil şosesi bağlı qalacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.