DÜNYA


ABŞ Prezidenti Hiroşima bombardmanının şahidinə məktub göndərib

A+ A

Tokio, 20 dekabr, AZƏRTAC

Yaponiyanın Hiroşima şəhərinin atom bombardmanına məruz qalmasının şahidi olmuş xanım Akiko Matsumoto ABŞ Prezidenti Barak Obamadan minnətdarlıq məktubu alıb.

A.Matsumoto ABŞ Prezidentinə onun Yaponiyaya səfəri ərəfəsində bu ölkənin Tokiodakı səfirliyi vasitəsilə məktub göndərmişdi. Bu, ABŞ Prezidentinin həmin şəhərə ilk səfəri idi.

Barak Obamanın səfərini alqışladığını yazan A.Matsumoto məktuba amerikalı şair Artur Binardın Hiroşima faciəsinə həsr olunan şeirlər kitabını da əlavə etmişdi.

A.Matsumoto ABŞ Prezidentinin cavab məktubunu dekabrın 15-də alıb. Dekabrın 19-da hazırda Yaponiyada yaşayan A.Binardla görüşən A.Matsumoto ondan bu məktubu yapon dilinə tərcümə etməsini xahiş edib.

ABŞ Prezidenti məktubunda vurğulayır ki, keçmişi başa düşməyə və ona şəfqətlə yanaşmağa çalışan insanların sayı nə qədər çox olacaqsa, bizi o qədər parlaq və sülhün hökmran olduğu gələcək gözləyəcək.

ABŞ Prezidentinin məktubu ilə bağlı təəssüratlarını bölüşən A.Matsumoto deyib ki, əgər Barak Obama prezident vəzifəsini tərk etdikdən sonra da nüvə silahının mövcud olmadığı dünya naminə atom bombardmanının şahidi olmuş insanlarla əməkdaşlıq edərsə, o, özünü xoşbəxt sayar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.