DÜNYA


ABŞ Prezidenti Kubanı Müstəqillik Günü münasibətilə təbrik edib

Bakı, 21 may, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Kubanı və birləşmiş ştatlarda fəaliyyət göstərən bu ölkənin diasporunu Müstəqillik Günü münasibətilə təbrik edib.

AZƏRTAC “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, Donald Tramp yazılı təbrikində amerikalıların və kubalıların azadlıq, ləyaqət və özünüidarə prinsiplərinə sadiqliyini bölüşdüyünü bildirib.

“Kuba sakinləri demokratik dəyərləri, iqtisadi, dini azadlıqları və insan haqlarını dinc yolla təmin edən hökumətə layiqdirlər. Mənim administrasiyam bunlara nail olmaqda maraqlıdır”, - deyə təbrikdə vurğulanır.

ABŞ Prezidenti ölkəsində yaşayan kubalıların ədəbiyyatda, incəsənətdə, idman və biznes sahələrində, məhkəmə sistemində, həmçinin Konqres, Prezident Administrasiyası və hərbi qurumlarda nailiyyətlərini qeyd edib.

Xatırladaq ki, müstəqil Kuba Respublikası 1902-ci ildə elan edilib və mayın 20-si Kubada Müstəqillik Günü kimi qeyd olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.