DÜNYA


ABŞ Prezidenti ölkəsinin Trans-Sakit Okean Tərəfdaşlığı razılaşmasından çıxması barədə sərəncam imzalayıb

Tokio, 24 yanvar, AZƏRTAC

NHK telekanalının yaydığı məlumata əsasən, ABŞ Prezidenti Donald Tramp ölkəsinin Trans-Sakit Okean Tərəfdaşlığı razılaşmasından çıxması barədə sərəncam imzalayıb. D.Tramp bunu seçkiöncəsi kampaniya zamanı vəd etmişdi.

Yaponiya da daxil olmaqla, ABŞ və daha 11 ölkə bu razılaşmanı Barak Obama ABŞ prezidenti olarkən imzalamışdılar. Razılaşma ABŞ olmadan qüvvəyə minməyəcək.

D.Tramp həmin sərəncamı “zəhmətkeşlər üçün əla addım” adlandırıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.