DÜNYA
ABŞ Prezidenti yeni kralla tanış olmaq üçün Səudiyyə Ərəbistanına gəlib
Bakı, 27 yanvar, AZƏRTAC
ABŞ Prezidenti Barak Obama Səudiyyə Ərəbistanı əhalisinə kral Abdullah bin Əbdüləzizin vəfatı ilə əlaqədar başsağlığı vermək, yeni kralla görüşmək və dünyanın aktual problemlərini müzakirə etmək üçün Ər-Riyada gəlib.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, 30 nəfərlik nümayəndə heyəti ilə Ər-Riyada səfər edən Barak Obamanı kral Salman bin Əbdüləziz Al-Səud qarşılayıb.
ABŞ Prezidenti səfər əsnasında Səudiyyə Ərəbistanı rəhbərliyi ilə terrorla mübarizə, Yəməndəki böhran və neft bazarındakı vəziyyəti müzakirə edəcək.
Bir qədər əvvəl Barak Obamanın kral Abdullahın vəfatı ilə əlaqədar olaraq Hindistan səfərini ixtisar etmək qərarına gəldiyi bildirilirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [17:37]
Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb
- 29.03.2024 [17:06]
“Telegram”da yeni funksiyalar olacaq
- 29.03.2024 [17:00]
Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək
- 29.03.2024 [16:51]
Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb
- 29.03.2024 [16:03]
Almaniyada kimlər daha çox pensiya alır?
- 29.03.2024 [15:54]
Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
- 29.03.2024 [15:47]
İsveçrənin hidrogen qatarı rekord vurub
- 29.03.2024 [15:39]