DÜNYA


ABŞ Prezidentini Londona səfərə dəvət edən Tereza Meyə təzyiqlər artır

Bakı, 31 yanvar, AZƏRTAC

Kraliça II Yelizavetanın dəvətini ABŞ Prezidenti Donald Trampa çatdıran Böyük Britaniyanın Baş naziri Tereza Mey üzərində ictimai təzyiq artır.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, ötən həftə ABŞ-a səfər edən və Donald Trampa kraliçanın dəvətini çatdıran Tereza Mey çətin vəziyyətə düşüb. Bu dəvətin ləğv olunması üçün İngiltərə parlamentinə göndərilən petisiyanı indiyədək 1 milyon 650 min nəfər imzalayıb.

Heç bir ABŞ prezidentinin ölkəyə bu tezliklə dəvət edilmədyini xatırladan Böyük Britaniyanın keçmiş xarici işlər nazirinin mavini Peter Ricketts “The Times” qəzetinə göndərdiyi məktubda Baş naziri dəvət məsələsində tələsərək kraliçanı çətin vəziyyətə salmaqda təqsirləndirib.

Donald Trampın Böyük Britaniyaya dəvət olunmasına etiraz edən on minlərlə insan baş nazirin ofisinin yerləşdiyi “Downing Street” küçəsində toplaşıb. Etirazlar, həmçinin aralarında Mançester, Kardiff, Edinburq, Qlazqo, Birminhem və Liverpulun da olduğu 30 şəhəri əhatə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.